X

FOREX bazarına Yatırım etməyiniz üçün 6 səbəb

FOREX bazarına Yatırım etməyiniz üçün 6 səbəb

Niyə FOREX? Bəli, məhz bu sual kiçik və ya böyük kapitala sahib investorları maraqlandıran suallardan biridir. Nəyə görə bir çox investorlar vəsaitlərini FOREX maliyyə bazarında dəyərləndirmək istəyirlər? Bu yazıda Sizə son zamanlar kiçik investorlar arasında böyük rəğbət qazanmış FOREX bazarının digər investisiya sahələrindən fərqləndirən cəhətlərini diqqətinizə çatdıracağıq.

  1. Beynəlxalq Maliyyə bazarlarına daxil olursunuz

Gündəlik ticarət həcmi 5 trilyon dollar olan və dünyanın ən likvid bazarı olan FOREX, ölkəmizdə yeni investisiya qanununa görə artıq rəsmən investisiya aləti və alternativi kimi marja ticarəti olaraq tanınmışdır. Beləliklə, vəsaitlərinizi təkcə yerli investisiya vasitələrində deyil, o cümlədən beynəlxalq bazarlara da yatırım etməklə dəyərləndirə bilərsiniz. Sərbəst vəsaitlərinizi beynəlxalq bazarda dəyərləndirmək istəyənlər üçün ən yaxşı təklifimiz, 5 gün 24 saat ticarət aparılan FOREX bazarıdır.

  1. İnternet Sərbəstlik gətirir

FOREX bazarında internet vasitəsilə ticarət edildiyindən Siz, maliyyə alətlərinə yatırım edərkən hər hansı bir banka və maliyyə qurumundan asılı olmayacaqsınız. FOREX Maliyyə bazarında ticarət etmək üçün 18 yaşınızın tamam olması şərtdir.

  1. FOREX Maliyyə bazarında limit yoxdur.

FOREX bazarı xüsusilə də kiçik yatırım məbləği olan bazar iştirakçıları üçün ideal birjadır. Bu bazarda yatırım etmək üçün hər hansı bir böyük kapitala sahib olmağınız lazım deyil.

  1. Hər kəs üçün maliyyə aləti

FOREX maliyyə bazarında yerli və xarici şirkət səhmləri, birja indeksləri, qızıl və neft kimi xammallarla yanaşı müxtəlif ölkələrin valyuta cütlükləri ilə ticarət etmək mümkündür. Bu bazarda hər bir investor öz istəyinə uyğun maliyyə aləti ilə ticarət etməsi mümkündür.

  1. İki tərəfli alış-satış əməliyyatları etmək imkanı

Digər bazarlardan fərqli olaraq FOREX maliyyə bazarında Siz qiymətlərin hər iki istiqamətdə hərəkət etməsindən gəlir imkanı əldə edə bilərsiniz. Bir sözlə seçdiyiniz hər hansı bir maliyyə aləti ucuzlaşanda da bahalaşanda da Sizin gəlir əldə etmək imkanınız var.

  1. Kredit çiyni dəstəyi ilə daha çox gəlir əldə etmək imkanı

FOREX maliyyə bazarında seçdiyiniz kredit çiyni dəstəyi ilə yatırım etdiyiniz vəsaitin 100 qatı həcmində əməliyyat icra etmək imkanı əldə edirsiniz. Məsələn, Avroya 100 dollarlıq yatırım etdikdə, 1:100 kredit çiyni ilə 10 min dollarlıq əməliyyat icra etmiş olursunuz. Əməliyyatınız alış istiqamətindədirsə, o zaman dollar cütlüyündə baş verən 1%-lik artım Sizə 1 dollar deyil, 100 dollar qazandıracaq.

FOREX maliyyə bazarı bilik və təcrübəyə əsaslanır. Maliyyə bazarında baş verənləri izləyərək və onların maliyyə alətlərinin qiymətlərinə təsirini analiz edərək, qısa müddət ərzində yüksək gəlir əldə etmək mümkündür. Bu sahədə təcrübə qazanmaq üçün real ticarət hesabı açmazdan öncə təlim hesabında təcrübə toplamağınızı tövsiyyə edirik.

Categories: Forex Yatırım
InvestAZ:
Related Post