Məqalələr

40 yaşında qarşısı alınmalı maliyyə yanlışlıqları

InvestAZ
Written by InvestAZ

Yetkinlik yaşla gəlir. Yetkinliyin göstəricilərindən biri də pulun hesabını bilməkdir. Ötən illər ərzində işinizi inkişaf etdirib vəsait toplayaraq maliyyə vəziyyətinizi nizama saldınız. Bu nizamın pozulmaması üçün vəsaitlərinizi necə idarə edəcəyinizi bilirsinizsə, o zaman maliyyə baxımından hər hansı bir sıxıntı yaşamayacaqsınız.

Nəzarətsiz bir həyat tsikli

Lüks avtomobillər, bahalı tətillər, böyük ev, kafe və restoranlarda yeyilən yeməklər, dəvət olunan yerlər, bir sözlə 40 yaşında həyat daha məşğul və cəlbedicidir. Bu dəbdəbənin həddini, yaşınızın yetkinlikləri ilə doğru bir şəkildə tənzimləməyə çalışın.

Artan ehtiyacları görməmək

Gəliriniz artdıqca ehtiyaclarınıza da artır. Avtomobilinizi yeniləmək, bahalı kurortlara getmək və ya daha rahat mebellər almaqdan imtina bilməzsiniz. Ancaq bütün bunları edərkən özünüzə “Bunları almaq üçün kifayət qədər vəsaitim varmı? sualını verməkdən də çəkinməyin. Bu istəklərinizi eyni anda almaqdansa, xərclərinizi aylara bölün. Hər zaman kənarda müəyyən məbləğdə sərbəst vəsaitinizin olmasına diqqət edin.

Təcili vəziyyət fondunun olmaması

Dalğalanmaların baş verdiyi dünya iqtisadiyyatı, çox yaxşı gedən işinizdə gözlənilməz dəyişikliklərə yol aça bilər. Dünya iqtisadiyyatında baş verən dalğalanmaları nəzərə alaraq təcili vəziyyətlər üçün 3 fond yaratmalısınız. Bu fonda ev xərcləri, uşaqlarınızın məktəb və kurs xərcləri, yanacaq xərcləri kimi zəruri xərclərdən əlavə, uşaqlarınızın üzv olduğu mədəniyyət, incəsənət və idman klubları xərclərini də əlavə etməyi unutmayın.

Sağlamlığınızı fikir verməmək

Sağlamlıq gələcəyə qoyulan ən böyük sərmayələrdən biridir. Özünüzü hərtərəfli səhiyyə sığortası təmin edin və ya sağlamlığınızın qayğısına özünüz qalın. Nizamlı və sağlam qidalanın, həddən artıq yorğunluq və stressdən qaçın.

“Pensiyaya çıxmağa daha çox var” demək

Pensiya vaxtı üçün nə qədər tez vəsait qənaət etməyə başlasanız bir o qədər yaxşıdır. Çünki yaşınız artıqca iş tempiniz və işləmək istəyiniz də aşağı düşür. Bütün bunları nəzərə alaraq pensiya sığortasını təxirə salmaraq səhvə yol verməyin.

40 yaşından sonra borclanmaq

40 yaşında edilən ən böyük səhvlərindən biri də kredit götürməkdir. Pensiya yaşında güllü-çiçəkli bağçada nəvələrinizlə oturmaq və gülləri sulamaq kimi gözəlliklər varkən, niyə kredit ödəmə stresinə girəsiniz?

Əlinizdəkilərlə qane olmaq

Artıq mənim yaşım keçib, deyirsinizsə şəxsi potensialınızı görmürsünüz. Dinamik həyatın Sizə yaradacağı fürsətləri və yenilikləri əldən buraxmayın. Unutmayın, həyatda ən yaxşısını əldə etmək heç zaman gec deyil.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın