Məqalələr

Birja Dünyasının 5 Əfsanəsi

Birja Dünyasının 5 Əfsanəsi
InvestAZ
Written by InvestAZ

Libor və London Whale Skandalı Sizlərə tanış gəlirsə, demək ki, birjanın həqiqətlərə nə qədər sıx bağlı olduğuna dair fikirləşmisiniz. Birja iştirakçılarının bütün əməliyyatlarının tamamilə çökməsinə səbəb olan bu hadisələrə qarşı həqiqətləri qorumaq önəmlidir. Maliyyə dünyasının 5 əfsanəsini daha yaxından tanıyın, yatırımlarınızda daha sağlam addımlar atın.

Səhmlərə yatırım etmək bir növ şans oyunudur

Şans oyunu və investisiya ikisinin bir arada istifadə edilməsi, bir çox insanın yatırım etməkdən imtina etməsinə səbəb ola bilər. Maliyyə bazarının şans oyunundan uzaq olduğunu anlamaq üçün, ilk öncə səhmlərin ticarəti ilə bağlı məlumatlı olmaq lazımdır. Səhmlər qiymətli kağız növüdür. Hər hansı bir şirkətin səhmlərinə sahib olan şəxs, şirkət mənfəət əldə etdikdə oradan dividend, zərər etdikdə isə vəsait itirir.

Maliyyə bazarı sadəcə zəngin insanların və brokerlərin özəl klubudur

Maliyyə bazarında açılan hər əməliyyat qarşı əks əməliyyat açmaq mümkündür. Əvvəllər maliyyə bazarı sadəcə zəngin insanların ticarəti üçün nəzərdə tutulmuşdursa, bu günümüzdə fərqli gəlir imkanlarından hər kəs faydalana bilər. Maliyyə bazarında analiz alətləri və məlumatlar yalnız broker şirkətlərinə açıq olduğu halda, bu gün artıq hər kəs bu analiz alətlərindən sərbəst şəkildə istifadə edə bilər.

Düşən mələklər sonunda geri yüksəliş edirlər.

Bu əfsanə, digər əfsanələrə nisbətən bir az daha maraqlıdır. Lakin bu deyilənlər çox da real görsənmir, çünki 50-ci həftənin sonunda da ən aşağı səviyyədə olan səhmi alıb yüksəlişə keçib zirvəyə çıxmasını gözləmək ancaq xəyallarda ola bilər. Lakin investorların düşünmə tərzi fərqlidir. 5 dollardan 10 dollara yüksəlmiş bir səhmi almaq əvəzinə 50 dollardan 10 dollara düşmüş bir səhmi almağı üstün tuturlar. Çünki investorlara görə qiyməti düşən səhmlər, yenə köhnə səviyyələrə geri qayıdacaqdır. Amma burada həyata keçirilməsi lazım olan məqsəd, uyğun qiymətdən yaxşı şirkətlərin qiymətli kağızlarını almaqdır.

Yüksələn səhmlər mütləq eniş edəcək

Gündəlik həyatımızdakı bütün fizika qanunlarını birja dünyasında tətbiq edə bilmərik. Yəni qiymətli kağızların müəyyən bir müddət sonra eyni səviyyələrə çəkəcək bir cazibə qüvvəsi mövcud deyildir. Yüksələn səhmlərdə azalma müşahidə olunduğu kimi yüksəliş də müşahidə oluna bilər.

Az bilmək heç bilməməkdən daha yaxşıdır

Maliyyə bazarında ticarət edən bazar iştirakçılarının öz vəsaitlərini necə idarə edəcəklərini bilməlidirlər. Bir sözlə aktivlərin idarə edilməsi bacarığı olan şəxslər öz işlərini daha mükəmməl qura bilərlər. Vəsaitlərinizi necə idarə edəcəyinizi bilmirsinizsə, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərə müraciət etməyiniz tövsiyyə olunur.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın