Hər hansı bir sahəyə investisiya etməzdən əvvəl hər birimizin ağlında bir hədəf olur. Bu hədəfin ən kobud forması "
mənfəət əldə etmək" olsa da, buna bir az açıqlama gətirməyimiz lazımdır. Hansı müddətə, nə qədər gəlir əldə etmək istədiyinizi ortaya qoyub, maliyyə alətləri barədə ətraflı məlumata sahibi olduqdan və üzərinizə düşəcək risk səviyyəsini müəyyən etdikdən sonra, vəsaitlərinizə istiqamət verməyiniz məqsədəuyğundur. Qısası, portfel idarəçiliyinə keçmədən əvvəl vəsaitlərinizi, yatırım məbləğinizi, yatırım müddətini və risk səviyyəsindən ibarət olan 3 əsas amili nəzərdə tutmağınız lazımdır.