Gündəlik həyatımızda hər hansı bir alış satış işləri həyata keçirməzdən öncə bir çox faktorlara diqqət edirik. Məsələn mobil telefon almaq istəyərkən ilk öncə gözləntilərimizi müəyyən edir və telefon modellərini araşdırdıqdan sonra gözləntilərimizə uyğun gələnini seçməyə çalışırıq. Eyni prosesi yatırım dünyasına daxil olarkən də etməyimiz lazımdır. Maliyyə alətlərini ayrı-ayrılıqda incələyib, iqtisadi məlumatları izləməklə ticarət strategiyanızı müəyyən edirsinizsə, demək "Müvəffəqiyyətli İnvestor" olmaq üçün uğurlu addımlar atırsınız.
