Kriptovalyutalar

Cardano Nədir?

cardano nədir
InvestAZ
Written by InvestAZ

Cardano, 2017-ci ildə böyük bir dəyər qazanan və rəqəmsal pul vahidləri sektorunda ən çox diqqət çəkən kriptovalyutalardan biri olmuşdur. Oktyabr ayında təxminən 0.02 səviyyəsində əməliyyat görən Cardano, 19 Dekabr tarixinə qədər 0,58 dollara yüksəldi. Hal-hazırda kriptovalyuta bazarında 5-ci yerdədir.

Cardano nədir?

Cardano-nun ən əhəmiyyətli xüsusiyyətlərindən biri, infrastrukturunda ” Ouroboros ” adı verilən “Proof of Stake” alqoritmini istifadə etməsidir. Bitcoin kimi bir çox virtual pul vahidi də “Proof of Stake” alqoritmini istifadə etməkdədir. Bu alqoritmdə bloku ilk qazanan istifadəçiyə mükafat verildiyindən görə var gücü ilə bir rəqabət meydana gəlməkdə və bunun nəticəsində isə çox böyük nisbətlərdə elektrik enerjisi istehlak edilməkdədir. Bitcoin və Altcoin üçün ən böyük problemlərdən biri onların həddindən artıq enerji istehlakıdır.

Cardano haqqında məlumatlar

Cardano-nun protokolu iki qatdan ibarətdir. Bunlar, ödəniş və nəzarət qatıdır. Ödəniş qatlarında hesablar ilə əlaqəli məlumatlar mövcud ikən, nəzarət qatlarında müvafiq uyğunluq, şəxsiyyət və qara siyahıya ala bilmə əməliyyatları ilə bağlı məlumatlar yer almaqdadır. Cardano debet kartı və Deadalus adlı xüsusi hazırlanmış cüzdanları var. Daedalus ilə karta pul göndərərkən, kartda olan pul bir çox ölkələrin valyutasına çevrilə bilir.
Cardano-nu hazırlayanlar yeni bir layihə üzərində işləyirlər. Bu layihə ilə Yaponiyada fəaliyyət göstərən bir çox ATM-də fəaliyyət göstərməyi planlaşdırır.

Cardano necə alınır?

Kriptovalyuta bazarında qısa bir keçmişə sahib Cardano, indidən bir çox investorun hədəfindədir. Gələcəyin parlaq kriptovalyutalarından biri kimi göstərilən Cardano ilə gündəlik ticarət həcmi 1 milyard dollardan artıq olan Binance-dən alış-satış edilə bilməkdədir.

Cardano-nun hazırki qiyməti neçədir?

Cardano rəqəmsal valyuta bazarında 19.01.2018 tarixi etibarı ilə 0.632 ABŞ dolları dəyərində əməliyyat görür. Gündəlik əməliyyat həcmi 160 milyon dollardan, bazar dəyəri isə 21 milyard dollardan çoxdur. Virtual pul bazarının dəyərləndirmə sıralamasında Cardano, 5-ci sırada yer almaqdadır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın