Kriptovalyutalar

Kriptovalyutaların iş prinsipi

Kriptovalyutaların iş prinsipi
InvestAZ
Written by InvestAZ

Son zamanların trend mövzusu olan kriptovalyutaların yaranma tarixi çox güman ki, bir çoxlarını maraqlandıran mövzulardandır. Kriptovalyutaların hansı sistem əsasında işlədiyini isə bu məqalə vasitəsilə tanış ola bilərsiniz.
Son müddət “bitcoin” kimi önəmli kripto valyutaların qiymətlərində müşahidə edilən yüksək volatillik, ümumilikdə kripto valyutalara olan marağın artmasına səbəb olur. Bu da özü ilə bərabər sahənin əsasında dayanan fundamental biliklərə olan tələbi artırır. Təkcə, “Bitcoin” son bir ay ərzində 48% ucuzlaşmışdır. Sahə ilə bağlı fundamental biliklərin artırılması, marağın daha da artması və sahəyə yatırılmlar üzrə risklərin düzgün idarə olunmasına imkan yaradır.
Kripto valyutalar rəqəmsal ödəniş vasitəsidir. Burada söhbət kripto qrafik prinsiplərdən istifadə edilərək, paylanmış, mərkəzsizləşdirilmiş və təhlükəsiz rəqəmsal ödəniş sisteminin yaradılmsından gedir.

Həqiqi daxili dəyəri olmayan valyutanın işləyə bilməsi üçün isə istifadəçilərin güvəni lazımdır. Adi pullarda mərkəzi banklara güvənilir. Belə də demək olar ki, mərkəzi banklar və ya müvafiq hökümətlər valyutaların istifadəsini əhalidə güvənin və ya şübhənin olmasından aslı olmayaraq həyata keçirir. Kripto qrafik valyutalarda yeni emissiyalar və əməliyyatlar əsasən şübhəli və qarşılıqlı nəzarət edilən iştirakçılar tərəfindən təsdiqlənmiş olur.
Binar informasiyaların, digər qeyri-nağd ödəniş sistemlərində olduğu kimi istənilən qədər artırılmasının mümkün olduğu üçün dövriyyədə olan həcmin nizamsız artırılmamadığından əmin olunmalıdır. Beləliklə, əməliyyat (ing.: “transaction”) o zaman etibarlı hesab olunur ki, hesaba daxil olan məbləğlər ilə hesabdan çıxan məbləğlər uyğun gəlsin. İstisna isə lazım olan güvənin qazanılması üçün əvvəlcədən müəyyən olunmuş qayda və kvotaya uyğun yeni emissiyalardır.

Avtomatlaşdırılmış idarə etmə – mərkəzi olmayan sistem

Bugünkü qeyri-nağd ödəniş dövriyyəsində iştirakçılar bu qaydalara riayyət olunmasını həyata keçirən və nəzarət edən bir mərkəzə (bank, kredit təşkilatı) güvənməlidir. Kripto valyutalarda isə bu tapşırıq bütün iştirakçılara ötürülmüş olur. Belə ki, sistemdə düzəlişlər də bütün iştirakçıların istifadəsi ilə mümkün olur. Məsələn, 2010-ci ilin avqust ayının 15-də “Bitcoin”-də proqramın səhvi ucbatından qaydaya uyğun olmayan əməliyyat avtomatik olaraq kütləvi formada qəbul edildi. Bu əməliyyat ilə 184 milyard BTC (“Bitcoins”) iki hesaba yazılmışdı. Nəticədə dövriyyədə olan BTC-lərin həcmi kəskin artdı və bu, hesabların inflyasiyasına səbəb oldu. Səhv yalnız düzəlişi həyata keçirən proqramın (ing.: “software”) dövriyyəyə buraxılması ilə mümkün olardı. Lakin heç kimin bütün əməliyyatların paylanmış məlumatlarını dəyişdirə bilmədiyi üçün səhv yalnız o zaman aradan qalxdı ki, iştirakçıların əksəriyyəti proqramı, bütün əməliyyatların təsdiqi üçün kifayət edən yüksək prioritetli “Blockchain”-in yaradılmasına kifayət edəcək qədər uzun müddət istifadə etdilər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın