Kriptovalyutalar

Ən məşhur kriptovalyutalar

kriptovalyutalar
InvestAZ
Written by InvestAZ

Son zamanların trend mövzusu olan kripto valyutalar arasında hansıların daha populyar olması, bir çoxlarını maraqlandıran mövzulardandır. Bunun üçün İnvestAZ şirkətinin araşdırma qrupu bazarlarda ilk 15 ən populyar valyutalar siyahısını hazırlayıb.

Son müddət “Bitcoin” kimi önəmli kripto valyutaların qiymətlərində müşahidə edilən yüksək volatillik, ümumilikdə kripto valyutalara olan marağın artmasına səbəb olur. Təkcə, “Bitcoin” son bir ay ərzində 45% ucuzlaşmışdır.

Kripto valyutalar rəqəmsal ödəniş vasitəsidir. Burada söhbət kripto qrafik prinsiplərdən istifadə edilərək, paylanmış, mərkəzsizləşdirilmiş və təhlükəsiz rəqəmsal ödəniş sisteminin yaradılmsından gedir.

Mövzu ilə bağlı detallara toxunmamışdan öncə araşdırmanın kripto valyutaların ticarət olunduğu 400 bazarın əsasında aparıldığı vurğulanmalıdır. Bu bazarlarda ən populyar kripto valyutalar bazar dəyərinə görə müəyyən edilmişdir.

Beləliklə, bazarlarda 22.01.2018-ci ilin tarixinə uyğun nəticələrə əsasən, ən populyar 15 kripto valyutalar aşağıdakılardır (müvafiq olaraq bazar qiyməti və bazar kapitalizasiyası göstəriciləri ilə):

  1. “Bitcoin” –   11 821.20 $,   198,819,131,474 $
  2. “Ethereum” –   1,083.69 $,   105,266,956,068 $
  3. “Ripple” –   1.40 $,   54,100,762,501 $
  4. “Bitcoin Cash” –   1,783.01 $,   30,177,934,578 $
  5. “Cardano” –   0.627373 $,   16,265,944,025 $
  6. “Litecoin” –   193.57 $,   10,620,638,936 $
  7. “NEM” –   1.09 $,   9,851,939,999 $
  8. “Stellar” –   0.528072 $,   9,435,400,010 $
  9. “EOS” –   15.16 $,   9,393,373,579 $
  10. “NEO” –   137.08 $,   8,910,200,000 $
  11. “IOTA” –   2.84 $,   7,904,928,534 $
  12. “Dash” –   835.06 $,   6,540,995,087 $
  13. “Monero” –   353.00 $,   5,518,057,514 $
  14. “TRON” –   0.079406 $,   5,220,794,397 $
  15. “Bitcoin Gold” –   211.96 $,   3,556,492,438 $

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın