Kriptovalyutalar

Dogecoin nədir? Necə almaq olar?

dogecoin-nedir
InvestAZ
Written by InvestAZ

Dogecoin adlı rəqəmsal pul əslində internetdə edilən bir müzakirədən ilhamlanaraq yaradılmışdır. Tamamilə yumor üçün istehsal edilən və kriptovalyuta bazarına daxil olan Dogecoin, bu sektorun ən çox satılan və tələb olunan rəqəmsal pullarından birinə çevrildi. Dogecoin, bir çox insanların Bitcoin və Altcoin-lərə maraq göstərməsinə səbəb olmuşdur. Sizlər üçün hazırladığımız bu məqaləmizdə Dogecoin ilə əlaqəli məlumatlar verəcəyik.

Doge adı necə ortaya çıxmışdır?

İngilis dilində it mənasına gələn ” Dog ” sözünün, bilərək səhv yazılması nəticəsində ortaya çıxmışdır. İnternet istifadəçilərinin iddialarına görə, bu, 2005-ci ildə hazırlanan “Homestar Runner” adlı kukla şousunun bir hissəsində ifadə edilmişdir.

Dogecoin necə yaranmışdır?

Litecoin-ə bənzərliyi ilə bilinən Dogecoin logosunda Doge danışıqlarında adı keçməkdə olan Shiba Inu növlü itin rəsmindən istifadə edilmişdir. Dogecoin-i hazırlayan Billy Markus, insanların rəqəmsal pullara maraq göstərməsini məqsəd qoymuşdur. Lakin bir müddət sonra Dogecoin çox ciddi şəkildə yüksəlməyə başladı və hədəfini aşaraq kriptovalyuta sektorunda ilk 20-ci sıraya daxil ola bildi.

Dogecoin-in qiyməti nə qədərdir?

Dogecoin, 23.01.2018 tarixi etibarilə 0.0066 USD dəyərindədir. Gündəlik ticarət həcmi 65 milyon dollardan çoxdur və bazar dəyəri 1,3 milyard dollar təşkil edir. Dogecoin son həftələrdə 31,89% dəyər itirməsinə baxmayaraq, bu enişi kriptovalyuta bazarında bütün valyutalar yaşamaqdadır.

Dogecoin haqqında texniki məlumatlar

Dogecoin-də blok zamanları bir dəqiqə olaraq dizayn edilmişdir. Bunun xaricində isə 4 dəqiqədə bir Network tərəfindən çətinlik səviyyəsi təkrardan hesablanır. Dogecoin-in ən vacib xüsusiyyətlərindən biri istehsal məhdudiyyətinin olmamasıdır. Bu səbəb ilə Bitcoin və bəzi Altcoin-lər kimi deflasyonal olma ehtimalı yoxdur.
Dogecoin, sektora daxil olandan sonra “mayninq”-ə böyük əhəmiyyət verdi. İndiki vaxtda BTC-ni çıxara bilmək üçün çox ciddi investisiyalar və zaman lazımdır. Lakin Dogecoin ilə siz evdə və ya işdə istifadə etdiyiniz adi qurğularla bunu edə bilərsiniz və minlərlə Doge çıxarmağınız mümkündür. “Mayninq”-in sadə bir şəkildə edilə bilməsi, Dogecoin şirkətinin bir strategiyası olaraq görülür.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın