Kriptovalyutalar

EOS coin nədir? Necə alınır?

eos coin
InvestAZ
Written by InvestAZ

Rəqəmsal pul vahidlərində son iki həftədir yaşanan “soyuq hava”, Bitcoin və Altcoin bazarında qorxu yaratdı. Xüsusilə bu sektorda yeni investorlar çox narahat oldu. Lakin, bu mənfi hava şəraitində EOS bir “günəş” kimi parladı. Sizə hazırladığımız bu yazıda EOS haqqında məlumat verəcəyik.

EOS-un yüksəlişi

Rəqəmsal pulların demək olar ki, hamısında 1-2 həftədir ki, eniş müşahidə edilir. Lakin EOS digər kriptovalyutalara tabe olmayıb, yüksəliş trendine daxil oldu. Kripto pul dünyasına yeni daxil edən EOS-un bu gözlənilməz yüksəlişi, investorların bir anda diqqətini çəkdi.
Ethereum-un blok zəncirində, ICO-su edilən və “smart contract” layihəsi qəbul edilən EOS-da, 01 yanvar 2018 tarixində 2 milyondan çox token paylandı. Bununla birlikdə ümumi sayı təxminən 1 milyard olan token satışlarının, Ethereum infrastrukturu üzərində ümumi 341 gündə tamamlanmasının gözlənildiyi açıqlandı. EOS-un qurucusu Block.one-a görə, normaldan daha uzun sürən token satış müddəti ərzində EOS cəmiyyəti virtual pul ilə daha çox vaxt keçirə və paylamasına qatıla biləcək.

EOS-un qiyməti nə qədərdir?

2018-ci ildə əvvəllərində 321%-lik dəyər artımı ilə bir anda hər kəsi təəccübləndirən EOS, 01 yanvar 2018 tarixində 5,40 dolları gördü. Bazara 1 dollarlıq başlanğıc qiymət ilə başlayan EOS-un bazar dəyəri 800 milyon dolların üzərinə qalxdı.
Bu məqaləni sizin üçün hazırladığınız zaman EOS-un dəyəri 26.01.2018-ci il tarixində $ 13.41 səviyyəsindədir. Bazar dəyəri 8,5 milyard dollar və əməliyyat həcmi 850 milyon dolları aşdı. EOS, ən qiymətli kripto pullar siyahısında 9-cu sıradadır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın