Kriptovalyutalar

“ICO” (Initial Coin Offering) nədir?

ico nədir
InvestAZ
Written by InvestAZ

Son zamanların trend mövzusu olan “Initial Coin Offering”, “ICO” və ya “Token Sales” terminləri çox güman ki, bir çoxlarını maraqlandıran mövzulardandır. Beləliklə, kripto valyutalar bazarlarında önəmli investisiya imkanı hesab edilən bu mövzu haqqında buradan tanış ola bilərsiniz.

“IPO” və “ICO”

“İlkin Koin Yerləşdirmə” (ing.: “Initial Coin Offering”, “ICO”) və ya “İlkin Kütləvi Koin Yerləşdirmə” (ing.: “Initial Public Coin Offering”, “IPCO”) iş modellərinin kripto valyutalara əsaslanan şirkətlərin istifadə etdiyi, nəzarət olunmayan kütləvi maliyyələşdirmənin (ing.: “Crowdfunding”) bir metodudur. Bu metoddan adətən ilkin maliyyələşdirmədə və bank və birjalar tərəfindən qoyulan sərt şərtlərdən yayınmaq üçün istifadə olunur. Bu zaman yeni emissiya olunmuş kripto valyuta adi valyutalar və ya başqa kripto valyutalar qarşılığında investorlara satılır.

“ICO” bu gün birjalarda həyata keçirilən “İlkin Kütləvi Yerləşdirmə”-yə (ing.: “Initial Public Offering”, “IPO”) oxşar bir konseptdir. Bu termin son zamanlar “Token Satış” (ing.: “Token Sale”) ilə də əlaqələndirilir və kütləvi maliyyələşdirmənin bir növünü təşkil edir. Hər iki ifadə investorları maliyyələşdirilən layihənin gələcək xüsusiyyətlərinə sahib ola biləcək maliyyələşmə imkanlarını əks etdirir, amma layihə gələcəkdə dövriyyəyə buraxılır. “ICO” zamanı isə investor maliyyələşdirilən layihədə birbaşa mülkiyyət və ya gəlir hüququ əldə edir. Koin “ICO” zamanı təşkilatda iştirak hüququnu əks etdirir, yəni bir növ rəqəmsal səhmdir. Bununla yanaşı, “ICO” vasitəsi ilə alıcı monetar üstünlüklərdən əlavə digər maraqlar da əldə edir.

İlk “ICO”

İlk tokenlərin (tokenlər kupon ilə də eyniləşdirilə və onların funksiyaları hər ICO üzrə fərqlənə bilir) satışı “Mastercoin” tərəfindən 2013-cü ilin iyul ayında həyata keçirilmişdi. “Ethereum” 2014-ci ildə tokenlərin satışı ilə pul yığmışdı. Karmacoin də 2014-ci ilin aprel ayında öz layihələri olan “Karmashares-Projekt” üçün “ICO” həyata keçirmişdilər. “ICO” və token satışı ABŞ-da artıq populyarlıq qazanıb. icoalert.com saytının 2017-ci ilin iyul ayı tarixinə əsasən, 60 “ICO” təklifi var və “Brave” yeni internet brauzeri “ICO” yolu ilə 30 saniyə ərzində 35 milyon dollar investisiya cəlb edə bilib. Hal-hazırda 30-dan çox sayt var ki, “ICO” təklifləri açıqlayırlar.

“ICO” bazarına nəzarət

2017-ci ilin iyul ayında Amerikanın maliyyə bazarlarına nəzarət qurumu (ing.: “Securities and Exchange Commission”, “SEC”) qiymətli kağızlar bazarı qanunvericiliyinin “ICO” üçün də tətbiq edilə biləcəyi bildirmişdi. Eyni açıqlama Almaniya qurumu (alm.: “BaFin”) tərəfindən də gəlmişdir. Lakin “SEC” blokçeyn əsaslı token və kripto valyutaların hamısının nəzarət edilməli olan qiymətli kağız ifadə etdiyini açıqlamayıb, burada daha çox spesifik qərarlardan söhbət gedir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, “SEC” tərəfindən arayışın verilməsi ictimai güvənin daha da artmasına təsir edə bilər. “BaFin” 2017-ci ilin noyabr ayında “ICO” ilə bağlı istehlakçılara xəbərdarlıq sənədi yayımlamışdı. Sənəddə maliyyə bazarı nəzərat qurumu istehlakçıları investisiyaların riskləri fonunda xəbərdarlıq edib.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın