Kriptovalyutalar

Smart Contracts

Smart Contracts
InvestAZ
Written by InvestAZ

“Smart Contracts” ingilis sözlərinin birləşməsindən əmələ gələn və ağıllı müqavilə mənasını verən termindir. Burada söhbət tərəflər arasında razılaşmaların qurulması, yoxlanılması və texniki təşkilindən gedir. Ənənəvi hüquqi platformada hazırlanan müqavilələr isə artıq həm təhlükəsizlik, həm də xərclər baxımından rəqabətdə sıxışdırılır.

Ağıllı müqavilələr blokçeyn texnologiyasına əsaslanır və əvvəlcədən müəyyən olunmuş əmrlər zamanı avtomatik həyata keçirilir. Nəzarətə isə ehtiyacı yoxdur. Beləliklə, “Smart Contracts” proqramlaşdırmada müqavilə rolunu oynayır: “İf..then”.

İstifadə sahələri nümunələri

Ağıllı müqavilələr rəqəmsal əlaqələrin hüquqi idarə olunması, məhdudlaşdırılması baxımından “Copyright License” (müəllif hüquqları) və ya maliyyə sektorunda köçürmələrdə böyük rol oynuyurlar. Bunun üçün “admission control”, “packet switching” və başqa “quality of service” mexanizmləri (“service-level agreement”) istifadə edilir. Bəzi “P2P” (ing.: “Peer to Peer”) şəbəkələrində də tərəflərin qarşılıqlı öhdəliklərinə sadiq qalmalarının təşkil olunmasında, bu növ mexanizmlərə ehtiyac vardır.

Qeyd etmək lazımdır ki, kofe avtomatlarında da eyni konseptdən istifadə edilir. Məsələn, avtomata qəpik atan kimi, kofe əldə edirsən.

Tarix

1970 və 1980-ci illərdə hərrac və resursların idarə olunması sahəsində kompüter proqramlarının yaradılmasında “Agoric Computing” termini meydana gəldi. Bu gün isə “Public key infrastructure”/”Public Key Cryptography” sahəsində inkişaf imkanları genişləndirib.
Ağıllı Müqavilələr təqribən 1993-cü ildə kompüter alimi Nik Sabo tərəfindən “E-commerce” protokolları praktikasında işlədilib.

“Smart Contracts“ üzərində qurulan “Ethereum”

Yeni yaradılan kripto valyutalar arasında “Ethereum” bu prinsip üzərində qurulub. “Ethereum”-un məqsədi “Smart Contracts” əsasında platforma yaratmaqdır. Bunun necə işlədiyini təsəvvür etmək üçün aşağıdakı nümunə ilə tanış olaq.
“Ethereum” gündəlik həyatı daha səmərəli və sərfəli təşkil etmək üçün gündəlik proseslərin avtomatlaşdırılması və vasitəçilərdən asılılığın azaldılmasına çalışır. Bu, hüquq və maliyyə, eyni zamanda kompüter sistemlərində istifadə edilə bilər.
Bunun üçün şərti olaraq, Elariz adlı bir şəxs şəxsiyyətini təsdiq edən sənədlərini, son vəsiyyətini və mülkləri ilə bağlı arayışlarını “Ethereum” blokçeynində yaddaşa verib. Elarizin dünyasını dəyişməsindən sonra ölüm haqqında şəhadətnaməsinin də blokçeynə əlavə ediləcəyindən də əminik.
Bu gün bir şəxsin dünyasını dəyişməsi təqdirdə, əmlakının başqasının mülkiyyətinə ötürülməsi üçün çoxlu vasitəçi idarələr iştirak edir. Bu, zaman, həm də bəzən şəffalıqla bağlı narahatlıqlara səbəb ola bilir: Hüquq müdafiəçiləri, hökümət, vergi idarəsi və kadastr mərkəzləri.
Lakin bütün lazımi sənədlərin “Ethereum” blokçeynində yaddaşda olması, maraqlı vəziyyətə səbəb olur. Belə ki, Elariz ilə bağlı ölüm haqqında şəhadətnamə sistemə əlavə olunan vaxt, vəsiyyət avtomatik həyata keçirilir.
Tutaq ki, Elariz evini qardaşına qoymuşdu. Bu zaman ev “Ethereum” şəbəkəsi tərəfindən avtomatik olaraq – heç bir vasitəçinin iştirakı olmadan – qardaşının adına rəsmiləşdirilir.
Hal-hazırda bunun kimi sistemlər kütləvi şəkildə dövriyyədə deyil, çünki əksər məsələlər uyğunlaşdırılmalıdır. Gələcək isə “Ethereum” kimi sistemlərin faydalılığını göstərəcəkdir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın