Məqalələr

Dünyanın 10 ən dəyərsiz pul vahidi

Dünyanın 10 ən dəyərsiz pul vahidi
InvestAZ
Written by InvestAZ

Təbii ki, heç kim belə olacağını təxmin etmirdi. Ancaq inflyasiya, cari kəsir, dövlət borcu və faiz nisbətləri kimi baş verən bir çox inkişafa bağlı olaraq, valyutaya olan tələbatın artması və yerli pulların dəyərinin azalması ilə yanaşı, bir çox ölkənin pul vahidlərinin dəyərdən düşdüyünün şahidi oluruq.  Bu yazıda Sizə tələb və təklif tarazlığının əsiri olan 10 pul vahidini təqdim edirik:

  1. Kamboca Rieli (KHR)

Ölkə bir turizm cənnəti kimi görünsə də, Kambocanın bu görkəmi, əslində bir çox ölkə ilə müqayisədə onun pul vahidinin dəyərsiz olmasındna irəli gəlir. Burada 1 Amerika Dollarlarının qarşılığı 4065 riel-dir.

  1. Paraqvay Quaranisi (PYG)

Bir çoxlarına yuxu kimi görünsə də, orada yaşayanlar üçün dəhşət hesab olunur. Bəli, söhbət Cənubi Amerikada qitəsində yerləşən Paraqvaydan gedir. Dünyanın ən ucuz ölkələrindən hesab olunan Paraqvayda 1 dollar 5637 quariniyə bərabərdir.

  1. Qvineya Frankı (GNF)

Afrika qitəsinin qərbində yerləşən Qvineya ölkəsi də dünyada ən dəyərsiz pul vahidlərindən birinə sahibdir. Müstəmləkə dövründən sonra müstəqilliyini əldə etmiş Qvineyada 1 dollar 7965 GNF-ya yəni Qvineya frankına bərabərdir.

  1. Zambiya Kvaçasi (ZMW)

Afrika qitəsində yerləşən Zambiya dövləti, müstəmləkə dövrlərinin təsirlərini gizlətməyə çalışsa da, hələ də daha izlərini üzərində daşıyır. Bu ölkədə 1 dollar 12.580 ZMWYE bərabərdir.

  1. Laos Kipi (LAK)

Laos Xalq Demokratik Respublikasının pul vahidi olan bu tayfa, uzaq şərqin ən dəyərsiz pul vahidlərinə sahibdir. Burada bir 1 dollar 8115 LAK-a bərabərdir.

  1. İndoneziya Rupisi (IDR)

Bu pul vahidini Hindistanın pul vahidi olan rupiya ilə qarışdırmayın Rupiah, tamamilə İndoneziyaya məxsus bir pul vahididir. Qarışıq iqtisadiyyatın hökm sürdüyü İndoneziyada 1  dollar 13792 IDR-ə bərabərdir.

  1. Belarus Rublu (BYR)

Belarus rublu Rusiyanın pul vahidi olan RUS rublunun dəyər itirmiş pul vahididir. Hal-hazırda USD/BYR 17450 olaraq tarixin ən yüksək səviyyəsini görmüş vəziyyətdədir.

  1. Vyetnam Donqu (VND)

Mübaribələrdə adı çox hallansa da, gözəl təbiəti ilə turistləri özünə cəlb edən Vyetnamda 1 dollar 22313 donqa dəyişdirilir ki, bu da ölkə adının ən ucuz ölkələr siyahısına daxil olmasını təmin edir.

  1. Sao Tome Dobrası (STD)

Sao Toma, Afrika qitəsinin qərb hissəsində yer alan və kiçik əhalisi olan bir ada ölkəsidir. Burada 1 dollar 23700 dobra-ya dəyişdirilir.

  1. İran Realı (IRR)

Dünyanın ən dəyərsiz pul vahidləri sırasında İran İslam Respublikasının pul vahidinin də adı var. Bu ölkədə 1 dollar 30000 real-a bərabərdir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın