Məqalələr

Əmtəələrin qazandıran dünyası

Əmtəələrin qazandıran dünyası
InvestAZ
Written by InvestAZ

Əmtəələrin bir çox növü var. Qızıl, gümüş, xam neft, qurğuşun, pambıq kimi tərkibi dəyərli maddələrdən ibarət olan, xam və ya hazır maddə olaraq tapılan və dəyəri istehlakçı şəxslər tərəfindən müəyyən edilən əmtəələrdir. Hər hansı bir ölkənin iqtisadi vəziyyətini müəyyən etmək üçün həmin ölkənin təbii sərvətləri haqqında məlumata sahib olmaq lazımdır. Məhz bu səbəbdən əmtəələr strateji əhəmiyyət daşıyır.  Artıq internet vasitəsilə həyata keçirilən ticarət sayəsində bu əmtəələrə fiziki olaraq sahib olmadan da ticarət edə bilərsiniz. Sadə bir şəkildə ticarətinizi həyata keçirərək sürətli gəlir əldə etmək imkanından faydalana bilərsiniz.

Əmtəə Birjası

Əmtəələr eyni zamanda birjada ticarət olunan bir maliyyə aləti kimi də istifadə edilir. Əmtəələrin ticarət olunaraq dəyər qazandığı və dəyər itirdiyi bazara Əmtəə Birjası deyilir.

Əmtəə birjasındakı alış-satış əməliyyatı çox etibarlı və gəlirlidir. Amma, əmtəə ticarəti dedikdə əmtəənin fiziki olaraq tonlarla alınınıb satılması nəzərdə tutulmur. Burada qeyd edilən məqam, əmtəə qiymətlərinə və onlar arasındakı fərqə yatırım edilməsidir.

Əmtəə Yatırımları

Müasir texologiyarın istifadəsi əmtəələrə yatırım etmək prosesini çox asanlaşdırıb. Əmtəə birjasında əməliyyat etmək üçün mütləq şəkildə broker şirkətə ehtiyac duyulur. InvestAZ şirkətinin peşəkar heyəti bu sahədə sizə kömək etməkdir və yatırımlarınızı idarə etmək üçün dəstək təmin edir.

Tamamilə online şəkildə, yatırım platforması vasitəsilə yerinə yetirilən əməliyyatlarla yatırımlarınızı sürətli və problemsiz şəkildə həll edə bilərsiniz. 24 saat əməliyyat etmək funksuyasına sahib FOREX bazarında, istədiyiniz əmtəəni seçməklə yatırıma başlaya bilərsiniz.

Əmtəə Ticarəti

Əmtəə ticarəti prosesi çox sadə görünsə də, əslində investorun doğru qərar verməsi üçün planlaşdırdığı əmtəənin keçmiş məlumatlarını araşdırmalı və düzgün şəkildə analiz etməlidir. Bu prosesləri yerinə yetirməklə, əmtəənin hansı səviyyədə dəyərləndiyini, hansı səviyyədə dəyər itirdiyini görə bilərsiniz. İxtisas sahənizə aid olan əmtəəni seçmək işinizi daha da asanlaşdırar. Məsəsən, neft və təbii qaz sektorunda işləyirsinizsə, əmtəə olaraq nefti seçə bilərsiniz. Beləliklə, eşitdiyiniz hər bir xəbər, eşitdiyiniz hər bir araşdırma, etdiyiniz hər bir analiz yatırım qərarınızda sizə köməklik edir və sizə gələcəkdə yeni qazanma imkanları yaradır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın