Məqalələr

Maliyyə Strategiyası yoxsa Maliyyə Planlaması?

Maliyyə Strategiyası yoxsa Maliyyə Planlaması?
InvestAZ
Written by InvestAZ

İlk nəzər yetirdiyimiz anda söz oyunu kimi görünə bilər və ya eyni nəticə ortaya cıxaracağı kimi diqqətimizi cəlb edə bilər. Variantlı bir sualın iki fərqli oxşar variantı kimi görünsə də, təcrübəli bir investor üçün bunların ikisi də eyni məqsədə xidmət edir: Mənfəət! Bəs, necə təcrübəli bir investor olmaq olar?

Maliyyə Layihəsi

Maliyyə planlamasına sahib olmaq, artıq, maliyyə layihəsinə sahib olmaq deməkdir. Çünki, peşakarlıqla planlaşdırılmış hər hansı bir maliyyə yatırımının etibarlı və əsaslı nəticələrə gətirib çıxaracağı dəqiq bilinən bir şeydir. Layihə prosesi bir neçə mərhələdən ibarət olsa da, planlı bir investor bu yolda rahatlıqla irəliləyəcək. Çünki hər hansı bir planlı layihənin yaratdığı gəlir, bu prosesdəki itirdiyiniz zamana dəyəcək və bu davamlı bir yatırım prosesi olacaq.

Komanda Şəklində İşləyin

Layihənizin büdcə və proses planlaşdırmasını hazırlayanda çox diqqətli olmalısınız və bu işi yalnız başına etməkdən uzaq durmalısınız. İşlərinizi bölüşmək, birbaşa və ya bilavasitə şəkildə də olsa sizə hər hansı faydası toxunacaq şəxsləri də layihənizə daxil etməyiniz təcrübənizi daha da inkişaf etdirəcək. Layihə hazırlayarkən diqqət edilməsi lazım olan ən əsas mərhələ SWOT analizidir. Yaxşı hazırlanmış analiz layihədə iştirak edən hər bir şəxsi daha da həvəsləndirəcək və gələcək ümidlərini yüksəldəcəkdir.

Maliyyə Strategiyası

Layihə zamanı ortaya qoyduğunuz məqsədlərə yalnız bunu təmin edəcək strategiyanız olduğu təqdirdə çata bilərsiniz. Strategiyalar hər bir işdə görsənib-görsənməməyindən asılı olmayaraq mövcuddur. Forex bazarında edilən hər bir əməliyyatın arxa fonunda planlaşdırılmış layihə və buna uyğun maliyyə strategiyası mövcuddur. Cox geniş və ya dar olmağından asılı olmayaraq bu proses həmişə olur. Hər dəfə strategiya qurarkən aktual bir strategiya yaratmağınıza, bu aktuallığı qorumağınıza və bunları həyata keçirmək üçün əsaslı addımlar atmağınıza diqqət etməlisiniz. Strategiyanız nə qədər yaxşı olsa belə, ən əsas məqam məqsədlərinizin dəqiqliyi və əl çatıla bilən olmasıdır. Yəni ki, mütləq şəkildə iki tərəfli nəzarət mexanizması olmalıdır. Reallıqdan uzaq, kortəbii şəkildə təyin olunmuş məqsədə çatmaq üçün nə qədər əziyyət çəksəniz də, bütün cəhdləriniz boşa gedəcək.

Davamlılıq

Buraya qədər çəkdiyiniz əziyyətin, göstərdiyiniz bütün cəhdlərin əsas məqsədi davamlılıqdır. Forex bazarında hər hansı bir əməliyyata başlamaq və ya dayandırmaq, avtomatik əmr vermək və ya ləğv etmək, iqtisadi təqvimə görə hərəkət etmək və s. kimi əməliyyatlar davamlılığın təmin olunması və gəliri artırmaq üçün həyata keçirdiyimiz proseslərdir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın