Məqalələr

Uğurlu bazar iştirakçısının izlədiyi gəlirli yollar

Uğurlu bazar iştirakçısının izlədiyi gəlirli yollar
InvestAZ
Written by InvestAZ

FOREX maliyyə bazarında ticarət edən bazar iştirakçılarını görərək bu bazarlardan nə qədər gəlir əldə edə biləcəyinizi xəyal etməyiniz, qənaət etdiyiniz vəsaitləri aşağı risklə FOREX bazarında dəyərləndirmək istəyiniz normaldır. Ancaq risksiz FOREX deyilən bir anlam təəssüf ki, mövcud deyil. FOREX bir ticarətdir və hər bir sahədə olduğu kimi burada risk faktorları mövcuddur. Bu risklərə qarşı doğru addım atmaq isə bazar iştirakçısının əlindədir. Maliyyə bazarlarından gəlir əldə edənlər, bunu hər zaman diqqətə almaqla, yeni iştirakçılara ilham verir. Bəs hər hansı bir bazar iştirakçısını uğur əldə edənlər sinfinə əlavə etmək üçün hansı addımları atmaq lazımdır? Beləliklə, uğurlu bazar iştirakçısı:

Kiçik addımlardan böyük fürsətlər tutmağı hədəfləyir

Əgər bir bazar iştirakçısını uğur əldə edənlər siyahısına düşməyi bacarıbsa, böyük ehtimalla ilkin mərhələdə yatırıma kiçik məbləğlərlə başlamışdır. Yatırım məbləğini artırmayıb, kiçik lotlarla ticarət edərək, təcrübəsizlikdən qaynaqlanan riskləri kompensasiya edərək bu səviyyəyə qalxmışdır. Çünki kifayət qədər təcrübə olmadan böyük yatırımların böyük zərərlər yarada biləcəyini heç vaxt unutmur. Bazara sahib çıxana kimi balansına nəzarət etməyə davam edər.

Uçuruma aparan xəyallara qapılmaz

Uğur qazanmaq istəyən bazar iştirakçısı FOREX maliyyə bazarının verdiyi 1:100 kredit çiyni ilə yarana biləcək utopik xəyallara qarşı ayıq olur. Tək bir əməliyyat icra etməklə, bir gecə də yüksək gəlir əldə etmək həvəsi ilə hərəkət etmir. Bütün uğur hekayələrinin arxasında sağlam addımların, strateji planların, bilik və təcrübənin dayandığını unutmur.

Hər zaman bazar haqqında olan məlumatları izləyir

Uğurlu bir bazar iştirakçısı maliyyə bazarının tamamilə bir şans oyunu olduğu fikrini qəbul etmir. Bazarları və rəqəmləri dərindən incələyərək, texniki və fundamental təhlillərin mütəmadi şəkildə aparılmasının lazım olduğunu bilir. Bu günün texnoloji yeniliklərindən faydalanaraq, biliklərini hər gün təkmilləşdirir. Bazarları analiz edər, şərh edənləri incələyər, biliklərini genişləndirmək üçün FOREX tədris proqramlarında iştirak edər. Uğurlu olmaq istəyən bazar iştirakçısı öyrənməkdən heç zaman usanmır.

Tək bir maliyyə alətinə fokuslanmır

Uğurlu bir bazar iştirakçısı tək bir maliyyə aləti ilə davamlı olaraq gəlir əldə edə bilməyəcəyini anlayır. O başa düşür ki, vəsaiti tək bir maliyyə alətinə bağlamaq, işlər tərs getdiyi zaman bütün sərmayəni riskə atmaq deməkdir. Bir neçə maliyyə aləti ilə kiçik həcmli ticarət əməliyyatları açaraq, gəlir əldə edəcəyini yaxşı anlayır və bu yolun onu risklərdən qoruyacağına əmindir.

Hisslərini nəzarət altında saxlayır

Uğurlu bazar iştirakçısı ticarət əməliyyatı icra edərkən, duyğularına nəzarət edir. Gəlir əldə edən bir bazar iştirakçısı duyğularına deyil, rasional qərarlara fokuslanır. Bu zaman o duyğularına, zəifliklərinə, şəxsi ehtiraslarına təslim olmur və ticarət zamanı əsla inad nümayiş etdirmir. Ticarət əməliyyatı açmazdan əvvəl, mütləq bazarı analiz edir.

Hər səhv bir təcrübədir fəlsəfəsinə inanır

Bil Gates-in sözlərinə görə uğuru qeyd etmək gözəldir, amma uğursuzluqdan nəticə çıxartmaq daha önəmlidir. Bu düşüncə uğurlu bazar iştirakçısının həyat şüarıdır. Etdiyiniz səhvlərdən nəticə çıxarıb, strategiyanızı buna görə formalaşdırmalısınız. Maliyyə bazarlarında tarix təkrarlanır. Baş verən doğru və ya yanlış dalğalanmaları izləyərək, gələcəkdəki addımlarınız planlaşdırmağınız, Sizi də digər uğur əldə edən bazar iştirakçıları siyahısına əlavə edə bilər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın