Məqalələr

Texniki Analiz Nədir?

InvestAZ
Written by InvestAZ

Riyaziyyatçı Gauss bölgü funksiyasını kəşf edənə qədər “normal bölgü” deyə bir anlam var idi. Ancaq insanlar bunun nələrə bağlı olduğunu, necə dəyişdiyini, təpə və ya uc nöqtələrinin necə təxmin ediləcəyini bilmirdilər. Eyni vəziyyət maliyyə bazarlarında texniki analiz və bəzi trend üsulları ortaya çıxmayana qədər davam etmişdir.

Texniki analiz üsulları hansılardır?

Texniki analiz dediyimiz zaman alış-satış kanalları, Bollinger xəttləri, Stoxastik indikatoru, Fibonaççi ədədləri kimi üsullar nəzərdə tutulur. Bəs bu analiz üsulları bazar iştirakçısına hansı üstünlükləri verir? Ticarət strategiyasında və atacağı addımlarda hansı dəyişikliklərə yol açır?

Bollinger xəttləri və alış-satış kanalları

Bollinger xəttləri və alış-satış kanalları texniki analizin əsas hissəsini təşkil edərək günlük minimum, maksimum və günün bağlanışının yekunudur. Qısa və orta müddət üçün istifadə edilən bu üsullar al-sat trendlərini aşkar etməyinizə yardımçı olacaq. Qrafiklər vasitəsilə müəyyən günlərdə dalğalanmaları müşahidə etməyinizi asanlaşdıracaq.

Stoxastik indikatoru

Bu indikator qısamüddətli qiymət hərəkətlərini proqnozlaşdırması zamanı istifadə olunur. Stoxastik indikatoru qiymət dəyişikliklərinə qarşı daha həssasdır və böyük dəyişmə aralığında diqqətli olmağınız tövsiyyə olunur.

Fibonaççi ədədləri

Məşhur İtalyan riyaziyyatçısı Fibonaççi, tək bir ardıcıllıq ilə əsrlərdir insanları təəccübləndirməyə davam edir. FOREX-in harasından çıxacaq görək bu ardıcıllıqlar deyərkən, bir də baxırıq ki, bəzi indeksləri və qiymətləri qrafikə tökəndə qarşımıza bu ardıcıllıqlar çıxır. Təbii ki, bunu dərhal gələcəyə istiqamətlənmiş proqnoz kimi qəbul etmək istəyirik. Ancaq yanlış nəticəyə gəlməmək üçün bütün verilənləri bir daha gözdən keçirməliyik.

Bəs bu hesablamaları harada etməliyik?

İşin gözəl tərəfi ondan ibarətdir ki, bu kimi hesablamaları etmək üçün kağız qələm deyil, ticarət terminalındakı funksiyalardan istifadə etmək lazımdır. Amma yenə də uğurlu nəticələr aldıqdan sonra bizi bu günkü riyaziyyat və texniki analiz məlumatlarını çatdıran elm adamlarına öz təşəkkürümüzü bildirməliyik.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın