Məqalələr

İnflyasiya necə hesablanır?

İnflyasiya necə hesablanır?
InvestAZ
Written by InvestAZ

Xalq arasında, qiymət artımı və həyat bahalılığı kimi qəbul olunan inflyasiya anlamı, qiymətlərin yüksəlmə meylində olmasıdır.Yüksək nisbətlərdəki inflyasiya xalqın alış gücünə mənfi mənada təsir etsə də mülayim inflyasiya bazarların canlılığı üçün lazımlıdır.

Mülayim artım göstərən inflyasiya, yaşayan bir iqtisadiyyatın məhsuludur. İnvestisiya bazarında investisiya vasitələrinin qiymətlərini təyin etməkdə, xüsusilə də valyuta bazarındakı rolu çox əhəmiyyətlidir.

İnflyasiya hesabı

Inflyasiyası hesabı, rəsmi statistika qurumlarının iştirakı ilə seçilən məhsullardan bir səbət təşkil edilərək hesablanır.İnflyasiya hesabını edən, xidmət təminatçıları və benzin stansiyaları kimi yerləri araşdırır ya da istehlak edilən mal və xidmətləri istiqamətli hesablamalarla “İstehlakçı Qiymət İndeksi” və “İstehsalçı Qiymət indeksi” şəklində iki cür indeks meydana gətirir.

İstehlakçı Qiymət İndeksi – İstehlakçı

İstehlakçı Qiymət İndeksi – İstehlakçı Qİ, benzin, qida, geyim, avtomobil kimi istehlak mallarının hesablanmasında istifadə edilir. İstehlakçı nəzərindən dəyişikliyi göstərir. Xüsusi qurum tərəfindən edilən inflyasiya hesablamasında, iki inflyasiya dövrü arasında, müəyyən sayda ailə seçilir və bu ailələrin təyin olunan müddət ərzində istifadə etdikləri bütün mal və xidmətlərin qiymətlərini sabit saxlamaq xahiş olunur. Bu iki dövr arasındakı qiymətlər nisbətlənir. Əsas olaraq təyin olunan başlanğıc ili ilə real il arasındakı nisbət, inflyasiya nisbətinə bərabər olur.

İstehsalçı Qiymət indeksi – İstehsalçı Qİ

İstehsalçı Qiymət indeksi – İstehsalçı Qİ, istehsalçı nəzərindən, ölkədə istehsal olunan mal və xidmət qiymətlərindəki dəyişiklikləri göstərir. Aylıq və ya illik inflyasiya rəqəminin müəyyən olunması üçün istifadə olunan İstehsalçı Qİ, ölkə iqtisadiyyatında istehsal edilən və ölkə daxilində satış üçün nəzərdə tutulan məhsulların, istehsalçı qiymətlərini müəyyən zaman kəsiyi içərisində müqayisəli ölçən qiymət indeksidir.

İnflyasiyadan İstifadə Məqsədləri

Malların istehlak mərhələsindəki qiymət dəyişmələrini ölçən İstehlakçı Qİ yerinə, istehsal mərhələsindəki qiymət dəyişmələrini ölçən İstehsalçı Qİ daha çox istifadə edilir.

İqtisadiyyatdakı qiymət hərəkətlərinin izlənilməsi, istehsal və məhsuldarlıq hesabları, dövlətlərin iqtisadi siyasətinin müəyyən edilməsi, ödənişlərin və qiymətlərin nizamlanması, mühasibat hesabları və ölkədəki qiymət analizləri ilə əlaqədar hər bir işdə inflyasiya dəyərləri istifadə edilir.Həmçinin, investisiya bazarında investisiya qərarlarına əhəmiyyətli şəkildə təsir etdiyi üçün investorlar tərəfindən da sıx-sıx istifadə edilir.

İnflyasiya və Forex Bazarı

Ölkə valyutasının satın ala bilmə gücü və qiymətlərin sabitliyini göstərən inflyasiya nisbəti, mərkəzi banklar tərəfindən yaxından müşahidə olunur. Mərkəz bankların pul siyasətində dəyişikliklərə təsir edən inflyasiya nisbəti, investorlar tərəfindən də təqib edilməkdədir. İnvestisiya bazarında, yalnız ölkələrin pul vahidlərinə təsir edir kimi görünsə də ABŞ, Avropa və Çin kimi böyük iqtisadi bazarlara belə təsir edə bilər. Bu da inflyasiya dərəcələrinin dünya bazarında əməliyyatlar edən investorlar üçün çox əhəmiyyətli olduğu mənasını verir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın