Məqalələr

Maliyyə vəziyyətinizi nəzərdən keçirin

InvestAZ
Written by InvestAZ

Bazar iştirakçısı olaraq hər zaman xatırlamalı olduğunuz bir şey varsa, o da FOREX bazarındakı əməliyyatlarınızın planlı şəkildə və mümkün qədər strategiyanıza sadiq qalaraq irəliləməsidir. Yalnız bu intizamlı ticarət və kredit çiyni dəstəyindən düzgün istifadə sayəsində davamlı olaraq gəlir əldə etməyiniz mümkündür.

Həyat xəttinizi oxuyun

Həyatınızda baş verən hadisələr, bazar iştirakçısı kimi formalaşmağınıza da böyük təsir göstərir. Məsələn, xərcləriniz gəlirinizə nisbətən artıbsa, o zaman FOREX bazarına olan marağınızın azaldığını hiss edəcək və ya hər hansı bir işsiz qalma vəziyyətində çox daha mühafizəkar və narahat olduğunuz üçün kredit çiyni dəstəyinin riskləri gözünüzdə böyüyəcək və bu bazarı tərk etməyi düşünəcəksiniz. Bir sözlə həyatınızda nə vaxt köklü bir dəyişiklik ilə qarşı-qarşıya qalsanız, maliyyə vəziyyətinizi yenidən nəzərdən keçirin.

Evlilik və uşaqlarla gələn dəyişikliklər

Əvvəldən tək yaşadığınız həyatınıza yeni şəxs və ya şəxslərin peyda olması, artıq yeni bir maliyyə planına ehtiyacınız olduğunun göstəricisidir. Vəsaitlərinizin həcminə və maliyyə alətlərinə birbaşa təsir edəcək bu dəyişiklər Sizə tamamilə başqa fürsətlər təqdim edərkən, uzun və qısa müddətli qərarlarınıza da təsir edəcək.

Xəyallar gerçək olsa?

Uzun zamandır xəyalını qurduğunuz ev, avtomobil və ya səyahət çıxmaq arzusundasınızsa, deməli həyatınızda yeni səhifə açırsınız. Artıq qaydalar dəyişib, tamamilə yeni bir dad, yeni bir nizam-intizam yaratmaq lazımdır. Bu yeni müstəvi də xərclərinizi və vəsaitlərinizi yenidən nəzərdən keçirməlisiniz.

Pensiya Küləyi Əsməyə Başlasaydı

Uzun zamandır ödədiyiniz vergilərin nəticəsi qarşılığında pensiya almağa başlamısınızsa, deməli artıq pensiya vaxtına çatmısınız. Bəs buna hazırsınızmı? Maliyyə vəziyyətiniz aylıq sabit gəlirlərdə baş verəcək dəyişikliklərə hazırdırmı? Pensiya vaxtı, qısa və uzunmüddətli investisiyalara üstünlük verənlərin həyatında kəskin dönüşlər yaradır.

Uzun müddətli düşünmək

Yuxarıda oxuduğunuz bütün mövzuların uzunmüddətli planlarınıza təsir edə biləcəyinin şahidi oldunuz. Yəni əgər uzunmüddətli maliyyə planlarınız yoxdusa bunlardan əziyyət çəkməyəcəksiniz. Lakin FOREX kimi yüksək gəlir gətirən bazarlar da Sizin üçün keçici bir həvəs olmaqdan çıxmaz. Buna görə də uzunmüddətli planlar əvəzolunmazdır. Amma bunları edərkən daha uzunmüddətli düşünməli və daha sonra qərar qəbul etməlisiniz.

Uzunmüddətli maliyyə planlarınızı bir layihə kimi düşünməli və layihə hazırlayarkən FOREX bazarı xaricində də bir həyatınızın olduğunu unutmamalısınız. Vəsaitərinizin hamısını yatırıma yönəltmək əvəzinə,müəyyən bir hissəsini yatırım etməklə, həyatın enişli və yoxuşlu yollarında maliyyə vəziyyətinizi yaxşılaşdıra bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın