Məqalələr

Dünyanın ən bahalı 5 valyutası

InvestAZ
Written by InvestAZ

Valyuta cütlükləri qlobal iqtisadiyyatda yaşanan ən kiçik bir inkişafdan, hadisədən ya da dəyişiklikdən müsbət və ya mənfi təsirlənməkdədir. Valyuta cütlüyü hər hansı bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidinə qarşı olan dəyərini göstərir.

Valyutalar ticarət ilə məşğul olan şəxslərdən normal insanlara qədər hər kəsə xitab etməkdədir. Hər bir ölkənin valyutası həmin ölkənin iqtisadi vəziyyətini göstərir. Ölkə içərisində yaşanan ən kiçik iqtisadi və ya siyasi dəyişiklik pul vahidinə birbaşa olaraq təsir edir. ABŞ dolları dünyanın ən qiymətli pulu deyil, ən güclü pulu sayılır. Amerika Mərkəz Bankının pul siyasəti üzərinə etdiyi şərhlər bütün dünyanın pul vahidlərini təsir etməkdədir. Ancaq Amerika dollarından daha qiymətli pullar var.

Küveyt dinarı

küveyt dinarı

Təəccüblü görünsə də Küveyt dinarı dünyanın ən qiymətli valyutasıdır. Küveytin rəsmi pul vahidi olan Küveyt dinarının bu qədər qiymətli olmasının səbəbi isə ölkənin dünyanın ən böyük neft ixracatçısı olmasından qaynaqlanır. Küveyt həyata keçirdiyi neft satışlarını Küveyt dinarı üzərindən reallaşdırdığı üçün pul davamlı olaraq qiymətli hesab olunur. Yazılış tarixindən etibarən 1 Küveyt Dinarı 3,34 ABŞ dollarıdır.

PULSUZ TƏLİM HESABI AÇIN
100.000$ VİRTUAL VƏSAİT İLƏ QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN

Bəhreyn dinarı

Bəhreyn dinarı

Küveyt dinarından sonra dünyanın ən bahalı ikinci pul vahidi Bəhreynə aiddir. Bəsrə körfəzində yerləşən kiçik bir ada ölkəsi olan Bəhreyn, neft və mirvari istehsalında dünyanın qabaqcıl ölkələrindən biridir. Ölkə bank sektorunun inkişafı ilə 2008-ci ildə dünyanın ən sürətli böyüyən maliyyə mərkəzi seçilmişdir. An etibarilə 1 Bəhreyn dinarı, 2.65 Amerika dollarına bərabərdir.

Oman rialı

Oman rialı

Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Oman Sultanlığının rəsmi pul vahidi olan Oman rialı dünyanın ən qiymətli 3-cü valyutasıdır. 1986-ci ildə Amerika dollarını keçən Oman rialı o gündən bu yana dəyərliyini davam etdirməkdədir. Bu gün Oman rialı 2.60 ABŞ dollarıdır.

İngilis funt sterlinqi

İngilis funt sterlinqi

Dünyada istifadə edilməkdə olan ən qədim pul vahidi İngilis sterlinqidir. İstifadə müddətində yaşanan bir çox böhranlara baxmayaraq İngilis sterlinqi dünyanın ən qiymətli pul vahidləri arasında qalmağı bacarmışdı. 1 İngilis sterlinqi hal-hazırda 1.42 ABŞ dollarıdır.

İordaniya dinarı

İordaniya dinarı

Zəngin neft ölkələri sırasında olması İordaniya dinarını dünyanın ən qiymətli pul vahidləri siyahısında ön yerdə olmasına zəmin yaradıb. Hal-hazırda 1 İordaniya dinarı 1,41 dollardır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın