Məqalələr

İtən 7500 Bitcoin tapılacaqmı?

7500 Bitcoin
InvestAZ
Written by InvestAZ

290 milyon dollar dəyərində 7500 Bitkoini (Bitcoin) olan James Howells Bitkoinlərin mövcud olduğu sərt diski (hard disc) istəmədən zibil qabına atıb. İndi isə bütün şəhər zibilliklərini axtarmaq üçün icazə istəyir

35 yaşlı Welsh James Howells, 2013-cü ildə 7500 Bitcoin olan sərt diski zibil qabına ataraq itirib. Howells bu diski şəhər zibilliklərində axtarmaq üçün bir çox yerə müraciət etsə də hər dəfə rədd cavabı aldığı üçün səlahiyyətli şəxslərə Bitkoinin 25% -ni təklif etdi. Həmçinin, yerli qəzetlərdən biri olan “”South Wales Argus”” ilə müsahibədə Howells, bələdiyyəyə və Newport sakinlərinə disk tapıldığı təqdirdə koronavirus yardım fonduna təxminən 70 milyon dollar ianə edəcəyini də söylədi.

Bitkoinlərini (BTC) tapmağa ümidli olan Howells, illərdir atılan diskin necə axtaracağına dair planından da bəhs edib. Plana əsasən, bir hedcinq fondu diskin axtarılmasına sponsorluq edəcək və yalnız müəyyən bir bölgədə axtarış aparılacaq.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın