Məqalələr

Valyuta qiymətlərinin dəyişməsinə səbəb nədir?

InvestAZ
Written by InvestAZ

Bir ölkənin pul vahidinin dəyəri tələb və təklifə görə müəyyənləşdirilir, bu eyni zamanda iqtisadiyyatın əsas prinsipidir. Bu əsas prinsipə əsasən, aktiv və ya pula tələb çox olduqda, tələb edən şəxs və ya şəxslər daha çox ödəməyə hazır olduqları üçün dəyər artmağa başlayır. Bazar bu tələb və təklif balansı ilə formalaşır.

Bir ölkənin valyutası tələb və təkliflə müəyyənləşdirilir. Yerli valyutanın dəyəri ölkənin makroiqtisadi göstəriciləri ilə düz mütənasibdir. Valyuta, ölkənin valyutasının digər ölkənin valyutasına qarşı dəyərini ifadə edir. Valyuta cütlüyü isə iki pul vahidinin bir-birinə olan dəyərini ölçməkdə istifadə edilən termindir. Məsələn, dollar ehtiyatı ölkədə azalarsa və ya dollar tələbi artarsa, dolların qiyməti, yəni USDAZN valyuta cütlüyünün qiyməti artır deməkdir. Əks proses baş verərsə, ölkənin valyutasının qiymətində artma müşahidə edilir.
Valyutalara təsir edən əsas iqtisadi faktorlar ilə ətraflı tanış olun

PULSUZ TƏLİM HESABI AÇIN
100.000$ VİRTUAL VƏSAİT İLƏ QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN

Faiz dərəcələri

Ölkə valyutasının qiymətlərinə təsir edən ən əhəmiyyətli səbəblərdən biri də faiz dərəcələridir. Nümumə: Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini sabit tutur, Amerika Mərkəzi Bankı (FED) faiz dərəcələrini artırdıqda, Amerika dolları dəyər qazanır və dolayısı ilə EUR/USD valyuta cütlüyün eniş müşahidə olunur.

İnflyasiya

İnflyasiya, satınalma gücü baxımından milli valyutanın dəyərini azaldacaq bir faktordur. Yüksək inflyasiyası olan bir ölkə valyutasının dəyəri inflyasiyası aşağı olan bir ölkənin valyutasından daha azdır. Digər tərəfdən, inflyasiyanın çox aşağı səviyyədə olması ölkənin valyutasına müsbət təsir göstərə bilir.

Ümumdaxili məhsul

ÜDM-da baş verən dəyişikliklər, ölkə iqtisadiyyatındakı inkişafı və geriləməni göstərən əhəmiyyətli bir makroiqtisadi göstəricidir. Ölkənin ÜDM göstəricilərinin artması, onun pul vahidinin dəyər qazanması, göstəricilərin aşağı olması isə ölkənin pul vahidinin dəyərdən düşməsini ifadə edir.
Məsələn: Amerika Birləşmiş Ştatları illik, ÜDM göstəricisi bir il əvvəlki göstəriciyə nəzərən artması Amerika dollarının dəyərə əldə etməsinə, EUR/USD valyuta cütlüyündə isə avronun aşağı düşməsinə səbəb ola bilər.

Xarici ticarət

İxracatın idxalata nisbəti ilə hesablanır. İxracda artım həmin ölkədə mallara olan tələbatın artdığını göstərir. Bu halda, ölkə valyutasına olan tələbat artır və bu ölkə valyutanın qiymətləndirilməsinə səbəb olur.

İşsizlik səviyyəsi

İşsizlik səviyyəsi iqtisadi gedişatda əhəmiyyətli bir göstərici olduğu üçün dəyişikliklər pul vahidinə birbaşa təsir edir. Nümunə: Amerika Birləşmiş Ştatları işsizlik səviyyəsinin bir il əvəvlki dövrə nisbətdə düşməsi Amerika dollarının dəyər qazanmasına, işsizlik səviyyəsinin artıması isə dolların dəyərdən düşməsinə səbəb olacaq.

Amerikada işsizlik səviyyəsinin artdığı bir dövrdə, EUR/USD valyuta cütlüyündə yuxarı istiqamətli hərəkət müşahidə oluna bilər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın