Yatırım

Yatırıma başlamadan öncə ticarət strategiyanızı müəyyən edin

forex pariteleri
InvestAZ
Written by InvestAZ

Gündəlik həyatımızda hər hansı bir alış satış işləri həyata keçirməzdən öncə bir çox faktorlara diqqət edirik. Məsələn mobil telefon almaq istəyərkən ilk öncə gözləntilərimizi müəyyən edir və telefon modellərini araşdırdıqdan sonra gözləntilərimizə uyğun gələnini seçməyə çalışırıq. Eyni prosesi yatırım dünyasına daxil olarkən də etməyimiz lazımdır. Maliyyə alətlərini ayrı-ayrılıqda incələyib, iqtisadi məlumatları izləməklə ticarət strategiyanızı müəyyən edirsinizsə, demək “Müvəffəqiyyətli İnvestor” olmaq üçün uğurlu addımlar atırsınız.

Hara yatırım edəcəksiniz?

Səhmlər, Əmtəələr, valyutalar…Vəsaitlərinizi hansı istiqamətə yatırım etməklə dəyərləndirmək istəyirsiniz? İlk öncə bu suala dəqiq cavab tapmağa çalışın. Hansı istiqamətdə özünüzü daha peşəkar hiss edirsinizsə, o istiqamət üzrə vəsaitlərinizi dəyərləndirmək daha asan olacaq.

Alış-Satış nöqtələrinizi müəyyən edin

Ticarət strategiyasını müəyyən edərkən, hansı nöqtələrdə alıb hansı nöqtələrdə satış edəcəyinizi dəqiq bilməlisiniz. Bu mərhələdə yaranan müqavimət xətlərini doğru şəkildə analiz etmək və satış edəcəyinizi zamanı həmin səviyyəyə görə müəyyən etməyiniz lazımdır. Unutmayın, hər zaman təpə nöqtəsini hədəfləməyiniz doğru deyil. Bundan əvvəlki, müqavimət xəttindən satış etməyiniz daha doğru bir yanaşmadır.

Əlavə bir ticarət strategiyanız olsun

Ticarət strategiyanızın daxilində bir təpə nöqtəsi müəyyən edin. Qiymət həmin nöqtəyə yaxınlaşdıqda nə edəcəksiniz? Bəli, məhz bu səbəbdən əməliyyat həyata keçirmədən öncə maliyyə bazarlarının dinamikliyini nəzərə alın və alternativ bir ticarət strategiyası “B planı” düşünün. Bəzən zərər etdiyiniz bir nöqtədə əməliyyatınızı bağlamaq, Sizi daha böyük itgilərdən qoruya bilər.

Makroiqtisadi göstəriciləri izləyin

Makroiqtisadiyyat, maliyyə bazarlarındakı yüksəlişləri və enmələri müəyyən edən ən önəmli faktorlardandır. Ticarət strategiyanızı müəyyən edərkən, əməliyyat icra edib bağlayarkən və ya alternativ strategiyanızı tətbiq etməzdən öncə iqtisadi göstəriciləri oxuyub strategiyanızda müvafiq dəyişikliklər etməyiniz, əməliyyatlarınızdakı risk faktorunu azaltmağa kömək edəcək.

Mütəxəssislərə müraciət edin

Maliyyə bazarlarında atacağınız hər addım planlı və bir çox göstəricilər nəzərə alınaraq qurulmuş strategiya daxilində olmalıdır. Maliyyə bazarları haqqında ilkin məlumatlar Sizə yardımçı olsa da, bu sahə üzrə mütəxəssislərin fikirlərini almaq, gələcək strategiyalarınızı qurarkən Sizi bir neçə addım irəli ata bilər. İstənilən bazar iştirakçılarına görə hazırlanmış tədris proqramları isə daha inamlı ticarət etməyinizə və ticarət strategiyalarınız müəyyənləşdirməyə yardımçı olacaq.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın