Məqalələr

Səhm necə alınır?

Səhm necə alınır?
InvestAZ
Written by InvestAZ

Fərqli sahə və fəaliyyət göstərən müxtəlif şirkətlər sayəsində səhmlər bir çox investorlar üçün hələdə gəlir maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelinizi genişləndirmək üçün ən yaxşı seçimdir. Gəlirdən pay almağınızı təmin etməklə yanaşı, səsvermə hüququ və idarəetmədə iştirak etmək kimi xüsusiyyətləri də olan qiymətli kağızların alqı-satqısını həyata keçirərək yatırımlarınızı asanlıqla qiymətləndirə bilərsiniz. Necə?

Səhmlərin alqı-satqısı fiziki olaraq həyata keçirilmir. Açacağınız bir ticarət hesabı ilə bank və ya broker şirkətinin vasitəsilə əməliyyatlarını həyata keçirə bilərsiniz. Fərqli investisiya alətləri arasında seçim edərkən diqqətli olmaq, analiz araşdırmaları doğru dəyərləndirmək lazmdır. Bu sahədə peşəkar yatırım mütəxəssisləri Sizə kömək olsa da, səhmlərin alqı-satqısı mövzusunda ilkin biliklərə sahib olmağınız tövsiyyə olunur.

Səhmlərin qiyməti necə müəyyən olunur?

Səhm alqı-satqısı əmrini verdiyiniz zaman səhm qiymətlərini iki formada görəcəksiniz. Məhdud qiymət, bazar iştirakçısı tərəfindən müəyyən olunan qiymət növünü ifadə edərkən, sərbəst qiymətli əmr broker şirkəti həmin qiyməti bazara çıxardığı nəzərdə tutulur.

İnternet vasitəsilə Səhmlərin ticarəti necə həyata keçirilir?

Səhmlərin ticarətini internet vasitəsilə həyata keçirmək çox asandır. Çünki səhmlərin alqı-satqısını həyata keçirmək üçün tək ehtiyacınız olan internet bağlantısıdır. Harada olmağınızdan asılı olmayaraq, rahat bir şəkildə ticarət əmrlərinizi icra edə bilərsiniz. Bütün bunları həmçinin bankların və broker şirkətlərinin e-şöbələri vasitəsilə də həyata keçirə bilərsiniz.

 

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın