Yatırım

Yatırım etmək qərarı qəbul etdikdən sonra diqqət edilməsi lazım olan məqamlar

Sizə uyğun maliyyə aləti
InvestAZ
Written by InvestAZ

Vəsaitlərinizi dəyərləndirmək üçün maliyyə bazarlarında ticarət etməyə qərar verdiniz. Hansı maliyyə aləti, hansı hədəflərlə yatırım edəcəyinizi müəyyənləşdirdinizmi? Ticarət etməklə bağlı qərar verdikdən sonra diqqət etməli olduğunuz məqamlar:

Maliyyə bazarlarını tanıyın

Yatırım etmək qərarına gəlmisinizsə ilk atmalı olduğunuz addım bu sahə haqqında ətraflı məlumat almaqdır. Hansı maliyyə aləti ilə və necə ticarət etmək istəyirsiniz? Risk səviyyələri və ödəmə şərtləri hansılardır? Əgər Maliyyə bazarlarına yatırım etmək istəyirsinizsə, bu bazarlar haqqında ilkin biliklərə malik olmalısınız. Hətta təlim hesabı açmaqla real birja qiymətləri ilə bu bazarda necə gəlir əldə olunduğunu sınaqdan keçirə bilərsiniz. Təlim hesabı ilə real birja qiymətlərini izləyə və ticarət şərtlərini öyrənərək, əməliyyatlarınızı daha inamla həyata keçirə bilərsiniz.

Hansı müddətə gəlir əldə etməyi hədəfləyirsiniz?

Yatırım etmək istədiyinizdə diqqət etməyiniz gərəkən ən önəmli məsələlərdən biri də zaman anlayışıdır. Əlinizdə olan vəsaitləri hansı müddətə yatırım etmək istəyirsiniz? Qısa müddət ərzində vəsaitə ehtiyacınız olacaqmı? İstiqraz və Notlar kimi bəzi maliyyə alətləri çox uzun müddətdə yüksək gəlir təmin edərkən, FOREX və CFD kimi maliyyə alətləri qısamüddətli yatırımlar üçün daha uyğundur. Məhz buna görə də yatırım müddətini və pula nə zaman ehtiyacınızın yaranacağını yaxşı düşünməli, bununla bağlı yarana biləcək riskləri nəzərə almalısınız.

Risk səviyyəsini minimuma endirin

Ümumi risk faktorlarından hər nə qədər qorunmaq mümkün olmasa da, maliyyə alətinin özünəxas özəlliklərindən qaynaqlanan risk səviyyəsini çeşidləndirərək minimuma endirmə bilərsiniz. Bütün vəsaitlərinizi tək bir maliyyə alətinə yönləndirmək əvəzinə, birdən çox maliyyə aləti seçib həmin vəsaiti onlar arasında paylaşdırsanız, həm riskinizi paylaşdırmış olar, həm də bazardakı dalğalanmaların təsirindən qorunmuş olarsınız. Yatırım etməzdən öncə nə qədər riskə gedə biləcəyinizi, maliyyə alətinin nə qədər riskli olduğu haqqında məlumatlı olmalı və risk səviyyələrini yaxşı ölçməyi bacarmalısınız. Qlobal təsirlərdən qorunmasaqda, fərqli maliyyə alətlərini istifadə edərək riskin paylaşdırılmasını və birjalardakı dəyişkən risk faktorlarının qarşısını riski balanslaşdırılmasına nail olmaq olar.

Mütəxəssislərin köməyindən istifadə edin

Əgər birjalarda baş verən dalğalanmaları dəyərləndirməkdə çətinlik çətirsinizsə, bu sahə üzrə mütəxəssislərə müraciət etməyinizi məsləhət görülür. Müəyyən bir maliyyə alətinə və ya şirkətə yatırım etmək istəyirsinizsə, investisiya şirkətlərinin araşdırma hesabatlarını incələyib əlavə məlumat almağınız, o cümlədən tədris proqramlarına qatılmağınız Sizə bu sahədə kömək ola bilər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın