Forex

FOREX-də valyutalarla ticarət

InvestAZ
Written by InvestAZ

FOREX, dünyanın ən yüksək likvidliyə sahib bazarıdır. Bəs bu likvidliyi yaradan amillər hansılardır? İstədiyiniz zaman qoşulub və ya çıxa biləcəyiniz FOREX bazarında ticarət etmək üçün geniş seçiminiz mövcuddur. Qızıl, gümüş kimi əmtəələr, istiqraz, fond indeksləri kimi qiymətli kağızlar və ən əsası valyutalarla ticarət etmək imkanınız var. Məsələn: zərgərliklə məşğul olursunuzsa, gümüş və qızıl bazarında baş verənlərdən xəbərdar olmaq Sizə üstünlük gətirə bilər. Lakin bununla yanaşı valyuta məzənnələrindəki dəyişikliklərdən də məlumatlı olmalısınız. Hətta xəzinə vekselləri və istiqrazlara yatırım edən bazar iştirakçıları belə uğurlu strategiya qurmaq üçün valyutalarda baş verənləri təqib edirlər. Bir sözlə bu bazarda ortaq nöqtə valyuta məzənnələridir.

Ortaq görüş nöqtəmiz

Fərdi idarəetmə üzrə mütəxəssis, təcrübəli treyder və ya yeni başlayan bazar iştirakçısı olmağınızdan asılı olmayaraq müntəzəm olaraq valyuta məzənnələrində baş verən dəyişiklikləri təqib etməlisiniz. Bir çox insanların eşitdiyi uğur hekayələri, əslində valyuta qiymətlərində baş verə biləcək dəyişikliyin bazar iştirakçısı tərəfindən düzgün proqnoz etməsinin nəticəsidir.

Valyuta cütlükləri ilə əməliyyatlar icra etmək üçün iqtisadi təqvimi təqib etmək, texniki analizlər aparmaq və bazardakı ümumi vəziyyəti analiz etməlisiniz. Bu nöqtədə Sizə dəstək olacaq yeganə tərəf isə əməkdaşlıq etdiyiniz lisenziyalı broker şirkəti və daima təmasda olduğunuz fərdi idarəetmə üzrə mütəxəssisdir.

Kredit çiyni, Pip və Point

Valyuta məzənnələri ilə aparılan əməliyyatların 3 əsas parametri vardır: Kredit çiyni, pip və point. Kredit çiyni dəstəyi, FOREX bazarının ən cəlbedici hissəsidir. Ancaq unutmamalısınız ki, kredit çiyni vasitəsilə əldə edəcəyiniz gəlir artdıqca, riskiniz də artmaqda davam edir.

Pip – valyuta cütlüyünün növündən asılı olaraq vergüldən sonra 2-ci və ya 4-cü rəqəmdə baş verən dəyişiklikləri əks etdirir. Gəlirinizi və zərərinizi buna görə analiz etmək daha praktik ola bilər. Valyuta qiymətlərində vergüldən sonrakı 5-ci rəqəmin dəyişməsi isə “point” adlanır. Nəzərə almaq lazımdır ki, hər ticarət terminalında point yoxdur. Amma cütlüklərdə 2-ci rəqəmdən 3-cü rəqəmə qədər, 4-cü rəqəm yerinə isə 5-ci rəqəmə qədər hesablanmasına imkan yaradır.

Stop-loss

FOREX bazarında valyutalarla ticarət zamanı diqqətə alınması gərəkən ən önəmli qayda isə “Stop Loss” ticarət əmridir. Stop loss əmrindən istifadə etməklə, qiyməti təyin etdiyiniz səviyyəyə gəldikdə əməliyyatı avtomatik olaraq bağlaya bilərsiniz. Bu ticarət əmri ilə bazarda zərər etmə riskinizi azalda bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın