Forex

Sizə hansı daha uyğundur Birja yoxsa FOREX?

Birja yoxsa forex
InvestAZ
Written by InvestAZ

Əslində öz içində bir dilemma kimi dayanan bu sual, Sizi çox aydın şəkildə bir-birindən ayrılan bu iki platformadan birini seçməyə yönəldə bilər. Ancaq bu məsələdə diqqətli olmalısınız. Unutmayın ki, hər iki platformanın müsbət və mənfi tərəflərinin olmasına rəğmən bazar iştirakçısı üçün gəlir gətirə bilər. Birjanın tarixi daha qədim dövrlərə təsadüf etsə də, FOREX  maliyyə bazarlarının sürətli inkişafı, bazar iştirakçılarının potensial gəlir imkanlarını birə-beş artırmışdır.

Birja necə işləyir?

The Great Gatsby və The Wolf of Wall Street filmlərinin heyranı ola bilərsiniz. Hətta bu filmlərin təsiri altına düşüb bazar iştirakçısı olmağa qərar da verə bilərsiniz. Lakin unutmayın ki, bir Hollivud filmində izlədiyiniz filmlə müqayisədə, real həyatdakı birjanın standartlarını proqnozlaşdırmaq o qədər də asan deyil. Doğrudur, gələcəyə dair fikir yaradan parametrlər var və hər zaman gələcəkdə baş verə biləcək prosesləri nəzərə almalısınız.

Birjada lokal təsirlər çox böyük ola bilər. Yerli valyutanın çox təsiri olduğu inkar edilməz bir həqiqətdir. Bu qədər lokal məlumatların təsir etdiyi bir platformada xarici və yerli bazar iştirakçılarının payları da böyük əhəmiyyət kəsb edir. Məsələn, İstanbul birjasında xarici investorların faizi yerli investordan demək olar ki, iki dəfə çoxdur. Bunun da müxtəlif müsbət və mənfi təsirləri olur.

FOREX bazarı necə işləyir?

Hollivudun kredit çiyni dəstəyi ilə həyata keçirilən əməliyyatlarla bağlı kino çəkmədiyi üçün bu işin bu tərəfi ilə bağlı nümunə göstərmək çətin olacaq. Valyuta məzənnələri, valyuta cütlükləri, əmtəə, fond, istiqraz kimi bir çox maliyyə alətlə bağlı əməliyyat icra edə bildiyimiz FOREX-i əslində bir bina olaraq düşünsək, bu binanın altına qoyulmuş dinamit kimidir. Birjada əməliyyatlar icra edən şirkətlərin ticarət etdiyi valyutalar, qızıl, gümüş, kakao, şirkətlərin idarə etdiyi fondlar, əllərindəki istiqraz kağızları ilə FOREX bazarında iş görürlər. Yəni bu platformada işlərin pis getməsi, birja binasının tamamilə yerlə-yeksan olmasına da yol aça bilər.

Birja və FOREX bazarının əlaqəsi

Bu iki platforma arasındakı əlaqə tək istiqamətli deyildir. Birjada əməliyyatların necə getdiyini, sabah hansı qiymətdən açıldığını, axşam hansı qiymətdə bağlanacağını, valyuta məzənnələri və valyuta cütlüklərində müqavimət və geri dönüş nöqtələrinin yaranamasına əhəmiyyətli şəkildə təsir edən məlumatlar mövcuddur. Birjada hər hansı bir şirkətin səhmlərinin daha çox alınıb satılması, həmin şirkətin işlədiyi və işləməkdə olduğu əmtəənin qiymətinə də təsir edəcəkdir.

Bu iki platformanı ayrı görüb ikisindən birini seçərək yola davam etmək digər birindən imtina etmək kimidir. Buna görə də iki tərəfə də lazımi diqqəti ayıraraq yatırım dünyasındakı yolunuza balanslı bir şəkildə davam etməyiniz yardımçı olacaq.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın