Forex

FOREX-də ticarətdən mənfəətlə ayrılmaq üçün 5 konspekt

FOREX-də ticarətdən mənfəətlə ayrılmaq üçün 5 konspekt
InvestAZ
Written by InvestAZ

Dünyanın ən böyük maliyyə bazarı, geniş maliyyə alətləri seçimi, kiçik məbləğ ilə daha çox gəlir əldə etmək imkanı…Bu 3 məhşur kəlimələr hər kəsə tanışdır. Ancaq sətirlər arasında gizli qalan olduqca mühüm bir amil də var ki, bu da FOREX bazarına bir şans oyunu kimi yanaşılmasını, tələsik verilən qərarları sevməməsidir. Məhz buna görə də hər zaman əmin addımlarla irəliləmək üçün dəqiq məlumatlara əsaslanıb, analizlərinizi doğru bir şəkildə strategiyalarınıza tətbiq etməlisiniz. Bu yolda Sizə dəstək olacaq 5 konspekt:

  1. İlk öncə test edin

FOREX maliyyə bazarında real ticarət etmədən öncə, əməliyyatlarınızı Təlim Hesabı üzərində tətbiq edin. Həqiqətən də yaxşı bir strategiyaya sahib olduğunuzu və əvvələcədən təxmin etmə bacarığınızın olduğunu düşünə və bu zaman zərər etmədən əməliyyat icra etmək istəyəcəksiniz. Ancaq bir çox faktorların təsir etdiyi maliyyə bazarında inamlı addımlarla irəliləməyiniz üçün FOREX təlim hesabında ticarət edərək strategiyalarınızı test etməyiniz lazımdır.

  1. Giriş və Çıxış səviyyələrinə Hər Zaman Nəzarət Edin

Təkcə bazara giriş səviyyəsi deyil, həmçinin çıxış səviyyələrinə də nəzarət etməyiniz lazımdır. Qəbul etdiyiniz bir zərər prosesindən çıxacağınız qiymət səviyyəsini də ən az giriş səviyyəsi qədər əhəmiyyətli bir nöqtəyə qoymağınız lazımdır. Hətta stop loss istifadə edərək mənfəətdə olan əməliyyatlarınızı bağlamağınız belə Sizin xeyirinizədir. Əgər təyin etdiyiniz çıxış səviyyələrini daim dəyişdirir, fərqli çıxış səviyyələri təyin etməklə risk/gəlir gözləntilərinizi artırırsınızsa deməli başlanğıcda qoyduğunuz strategiyaya riayət etmirsiniz.

  1. Dərhal Yüksək Gəlir Əldə Etməyi Hədəfləməyin

FOREX bazarının kredit çiyni dəstəyi və Azərbaycanda 1:100 gəlir əldə etmə potensialı hər bir bazar iştirakçısı üçün cəlbedici görsənir. Ancaq bu cazibə qüvvəsinin dərhal təsirinə düşməməyi tövsiyyə edirik. Birdən birdə daha çox üzərinizə risk götürmək əvəzinə, diqqətlə ticarət etməyə üstünlük verin və hədsiz riskdə getməyin. Tək bir maliyyə alətinə yatırım edib, yüksək riskə getmək əvəzinə fərqli maliyyə alətlərinə yatırım etməklə, riskinizi paylaşdırmağa üstünlük verin və hər zaman analizləri nəzərdən keçirin.

  1. Texniki, Fundamental və Gündəlik analizləri bir arada dəyərləndirin

Strategiyalarınızı müəyyən edərkən təkcə fundamental analizləri deyil, texniki və gündəlik analizləri də nəzərə almalısınız. Müntəzəm olaraq iqtisadi xəbərləri izləmək, qısa və uzunmüddətli trendlərdə baş verən dəyişikliklər haqqında məlumatlı olmağınızda yardımçı olacaq.

  1. Zərərlərinizi doğru təhlil etməyi öyrənin

Bu müddət gəlir səviyyəniz zərərinizdən daha çox ola bilər. Ancaq niyə zərər etdiyinizə baxıb, strategiyalarınızı gözdən keçirirsinizmi? Bu yerdə görə bilmədiyiniz faktor, gələcəkdə böyük məbləğdə zərər etməyinizə səbəb olmadan, harada və nəyə göə uğursuz olduğunuza hər zaman diqqət edin.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın