Forex

Forexi öyrənmək mümkündür?

Forexi öyrənmək mümkündür?
InvestAZ
Written by InvestAZ

Öyrənmə prosesi hər insanda fərqlidir. Məsələn, kiçik yaşlarında evində bütün günü klassik musiqi dinləyən və ya eşidən bir insanın şifahi qavrama və zəkası, yüksələrkən, eyni şəkildə davamlı film seyr edən, rəngləmə kitabları ilə vaxt keçirən və ya ilk təhsil təcrübələrini rəsmlər və sözlər arasında əlaqə quraraq təmin etmiş bir uşağın da vizual zəkası daha üstün olacaq. Şifahi, riyazi, fiziki, sosial, daxili və təbii zəkanı da hesaba qatsaq, 8 müxtəlif zəka növü qarşımıza çıxır və bunlar, hər şeydə olduğu kimi forex bazarları ilə olan münasibətimizə də bilavasitə təsir göstərir.

Forex-də üstün zəka dedikdə nə nəzərdə tutulur?

İlk dəfə nəzər yetirdikdə, FOREX-in sadəcə olaraq rəqəmsal zəka ilə əlaqəsi olduğunu düşünə bilərsiniz. Doğrudur, rəqəmsal məlumatlarla yaxından əlaqəsi var, amma hər hansı bir şəxs təkcə rəqəmsal zəkaya sahib olmaqla FOREX əməliyyatlarını yerinə yetirə bilməz. Çünki, burada bir tək rəqəmlər analiz olunmur. Əgər yalnızca onlara baxıb analiz verirsinizə, siz hələ də təcrübəsiz investorsuz. Rəqəmsal zəka səbəb-nəticə əlaqələrinə əhəmiyyət verməyinizdən qaynaqlanır. Amma vizual və sosial hissələri analiz etməsəniz, vaxtından əvvəl yorula bilərsiniz, hətta bu sizin tezliklə bezməyinizə səbəb ola bilər.

Vizuallıq və İctimailik

Sosial zəkaya sahib olan insanlar çox güclü analiz, şərh etmə və qiymətləndirmə xüsusiyyətlərinə sahib olurlar. Vizual zəkaya sahib insanlar isə gördüklərini yaddaşlarında saxlayırlar. Rənglərə qarşı çox həssasdırlar və görünüşlərdəki oxşarlıqları və fiqurları sürətli şəkildə qavrayırlar.

Sosial zəkaya əhəmiyyət vermədiyiniz təqdirdə düzgün analiz aparamaqda, hadisələri real şərh etməkdə, işlərinizin nəticəsini dəyərləndirməkdə çətinliklər yaşayacaqsınız.

Vizual sahəyə əhəmiyyət vermədiyiniz təqdirdə, hadisələrə davamlı şəkildə yenidən nəzarət etməli olacaqsınız, bu da sizin vaxtınızı alacaq. Çünki, qrafik və cədvəllərdə olan fərqli rənglərə və mənalara əhəmiyyət vermədən analiz etməyə çalışsanız, yatırım qərarınızı formalaşdıran modelləri dərk edə bilməzsiniz.

Forexi öyrənmək üçün haradan başlamaq lazımdır?

Forexi öyrənmək üçün haradan başlamalısınız? Digər xüsusiyyələrinizi unutmadan ən güclü tərəfinizdən başlamalısınız.

Forex biliklərini forex haqqında olan kitablar, məqalələr, onlayn nəşrlər və hər il müəyyən periodlarla təşkil olunan kurslardan əldə edə bilərsiniz. Mənbələriniz və imkanlarınız çox genişdir. Bundan əlavə, bütün öyrəndiklərinizi yoxlamaq üçün təlim hesabdan yararlanaraq real bazara girməmişdən əvvəl təcrübə qazana bilərsiniz.

 

Müəllif haqqında

InvestAZ

InvestAZ

2 Comments

Şərh yazın