Məqalələr

Kredit çiyni hər zaman gəlir gətirirmi?

Kredit çiyni hər zaman gəlir gətirimi?
InvestAZ
Written by InvestAZ

Kredit çiyni, hər yatırımcını həvəsə gətirən və açılan mövqelərdən vazkeçməmək halına gətirən  bir sistemdir. Çünki bu vasitə, əslində forex bazarında uğur təmin edən bir üstünlükdür. Belə ki, bu əməliyyatın faydalarını asanca sıralaya bilərik. Kredit çiyinli əməliyyatlar sayəsində investor, kiçik investisiya ilə böyük həcmli əməliyyatlar aça bilər. Kredit çiynini istifadə etmək üçün hər hansı bir xərcə dözmək məcburiyyətində olmayan investor, əsas kapital üzərindən əməliyyat etmə imkanına sahib olur. Təmin etdiyi üstünlüklərlə Forex-in müsbət istiqamətli olan bu əməliyyat doğru istifadə edilmədikdə sərmayəçini riskə salacaq vəziyyətlər da yaşada bilər. Çünki kredit çiyni nisbəti və risk düz mütənasib olaraq irəliləyir.

Artan kredit çiyni nisbətinə diqqət!

Başqa ölkələrdlə 1:400-ə qədər kredit çiyni nisbətləri olarkən, bizdə bu nisbət 1:100 nisbətidir. Kredit çiyni nisbəti artdıqca, həm gəlir, həm də risk nisbəti genişlənir. Buna görə, bu aləti istifadə edərkən risk idarəsi yaxşı analiz etmənin vacibliyi ilə ortaya çıxar. Tərkibindəki yüksək risk səbəbiylə, əməliyyat edilərkən doğru bir risk idarə strategiyasımühüm rol oynayırş. Yüksək qazanc və risk ilə açılan əməliyyatlarda, bazar hərəkətləri açılan əməliyyat istiqamətiylə düz mütənasib olaraq getməzsə, İnvestor kredit çiyni ilə etmiş olduğu əməliyyat böyüklüyü üzərindən zərər edə bilər.

Riski minimum səviyyəyə endirə bilərsiniz

Bütün bu riskləri yatırımlarımızda uzaq tutabilməmiz mümkündür. Kredit çiyni doğru istifadə edildikdə, yüksək qazanc əldə edən investorların diqqət etdiyi bir neçə nüans mövcuddur. Əvvəlcə risk idarələrini möhkəm bir şəkildə analiz edib, duyğuları əməliyyat xaricində tutaraq və rasional məlumatlara əsaslanaraq, sərmayə-risk nisbətini yaxşı hesablamaq lazımdır. Kredit çiyinli əməliyyatlar edərkən etibarla tərəqqinin digər şərti də bazara hakim olmaqdır. Bazarlar haqqında aktual məlumatları təqib edərək, texniki və fundamental analizlərin köməyi ilə mövqe aça bilərsiniz.

Bir anda qazanmaq arzusu əvəzinə davamlılığı tuta bilmək

Kredit çiyni sistemi doğru şəkildə istifadə edənləri dinləyərkən, sizlərə təqdim etdikləri ilk təkliflərindən biri pilləli irəliləməniz istiqamətində olacaq. Bir anda böyük qazanclar əldə etmək yerinə, etibarlı addımlarla riski minimum səviyyəyə endirərək, davamlılığı tuta bilərsiniz. Ayrıca, sərmayənizi qorumaq və uğrayacağınız zərəri nəzarət altına ala bilməniz üçün əməliyyatlarınızı Stop-Loss əmrini istifadəyə laqeyd yanaşmayın. Bu əmr, uğrayacağınız zərəri nəzarət altında alır. Beləcə böyük nisbətdə itkilərin önünə keçmiş olarsınız.

Təcrübə qazanın

Kredit çiyinli sistem üçün ən əhəmiyyətli nöqtə təcrübədir. Pulsuz olaraq sahib olacağınız Forex demo hesabları, strategiyalarınızı test etmək üçün mükəmməl bir fürsət təqdim edir. İstədiyiniz zaman bir demo hesab aça bilər, risk nisbətinizi test edərək investisiya strategiyanızı təyin edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın