Kriptovalyutalar

Kriptovalyutaların yaranma tarixi

Kripto valyutaların yaranma tarixi
InvestAZ
Written by InvestAZ

Son zamanların trend mövzusu olan kriptovalyutaların yaranma tarixi çox güman ki, bir çoxlarını maraqlandıran mövzulardandır. Bir neçə əsas kriptovalyutaların yaranma tarixi ilə bu məqalə vasitəsilə tanış ola bilərsiniz.

Son müddət “bitcoin” kimi önəmli kriptovalyutaların qiymətlərində müşahidə edilən yüksək volatillik, ümumilikdə kriptovalyutalara olan marağın artmasına səbəb olur. Bu da özü ilə bərabər sahənin əsasında dayanan fundamental biliklərə olan tələbi artırır. Təkcə, “Bitcoin” son bir ay ərzində 42% ucuzlaşmışdır. Sahə ilə bağlı fundamental biliklərin artırılması, marağın daha da artması və sahəyə yatırılmlar üzrə risklərin düzgün idarə olunmasına imkan yaradır.

Kripto valyutalar rəqəmsal ödəniş vasitəsidir. Burada söhbət kriptoqrafik prinsiplərdən istifadə edilərək, paylanmış, mərkəzsizləşdirilmiş və təhlükəsiz rəqəmsal ödəniş sisteminin yaradılmsından gedir.

Yaranma tarixi

1998-ci ildə Vey Day “b-pul” (ing.: “b-money”) adlı yazı çap edir ki, bu da anonim, paylaşdırılmış pul vəsaitlərinin rəqəmsal sistemi idi. Bundan qısa zaman sonra Nik Sabo “bit qızıl”-ı (ing.: “bit gold”) yaratdı. “Bitcoin” və digər kriptovalyutalar kimi “bit qızıl” da (daha sonrakı qızıl əsaslı mübadiləyə əsaslanan, “BitGold” ilə qarışdırılmamalıdır) rəqəmsal valyuta sistemi idi. Burada istifadəçilər kripto qrafik bir araya gətirilmiş və açıqlanmış üsullarla “Proof-of-Work” funksiyalarını həll etməli idilər. Daha sonra bir təsdiqləyici sistem əsasında dəfələrlə istifadə edilə bilən valyuta sistemi, Day və Sabonun işlərinin ardından Hal Finney tərəfindən yaradılmışdır.

İlk mərkəzləşdirilməmiş valyuta, “bitcoin” 2009-cu ildə ləqəbi Satosi Nakamota olan “biri” tərəfindən yaradılmışdır.  O, şəffaf iş sxemi olan, “SHA-256” kripto qrafik hash (heş) funksiyasından istifadə etmişdir. 2011-ci ilin aprel ayında isə “Namecoin” mərkəzləşdirilməmiş bir DNS yaratmaq cəhdi kimi yaradılmışdır ki, bu internet senzurasını çox çətinləşdirəcəkdi. 2011-ci ilin oktyabr ayında “Litecoin” meydana gəldi. Digər əhəmiyyətli bir kriptovalyuta, “Peercoin” ilk dəfə olaraq “Proof-of-Work”/”Proof-of-Stake” birgə sistemindən istifadə etmişdir.

“IOTA” isə “Blockchain”-ə əsaslanmayan ilk kriptovalyuta idi və əvəzində “Tangle”-dan istifadə edirdi. Bir çox digər kriptovalyutalar yaradılsa da, onların çox azı uğur qazandı, çünki texniki yenilikləri demək olar ki yox idi.

Bu gün yaradılan kriptovalyutaların tarixi ilə bağlı mövzu qısa olsa da, kriptovalyutaların əsasında dayanan Blockchain texnologiyasının xüsusiyyətləri gələcəkdə yaranacaq kriptovalyutalar siyahısının daha da genişlənəcəyi gözləntilərinə əsas verir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın