Kriptovalyutalar

Risklər: Proqram təhlükəsizliyi

Proqram təhlükəsizliyi
InvestAZ
Written by InvestAZ

Kripto valyutalar da bütün kompüter proqramları ilə işləyən sistemlər kimi proqram səhvlərindən siğortalanmayıb:

  1. 2010-cu ilin avqust ayının 15-də 184 milyard BTC (21 milyondan artıq olmamalı idi) köçürməsi “daşmaya” səbəb olmuşdur;
  2. 2013-cü ilin mart ayının 11-də “Bitcoin” “Blockchain”-i iki müxtəlif bir-birini təsdiq edən iştirakçı qruplarına bölünür. Burada yeni proqram versiyasında istənilmədən uyğunsuzluq səbəbi ilə yaranmış, tutarsız mühasibatlıqdan (ing.: “inconsistency”) söhbət gedir. Belə ki, “Blockchain”-də yeni yaradılmış bloklar köhnə versiya tərəfindən təsdiq edilməyib. Bu isə mayninqçilərin və ya güclü avadanlıqların valyutaya olan xüsusi təsirinin sübutudur.

Bu günə kimi “Bitcoin”-də bütün problemlər proqram düzəlişləri və iştirakçıların kooperativ iradəsi ilə aradan qaldırılmışdır. Lakin problemlərin bütün kripto valyutalarda da belə və həmişə həll olunacağı zəmanəti yoxdur.
Beləliklə, burada əsas şərt “Single Point of Failure”-in (dayandırılması ilə bütün sistemin dayanmasına səbəb ola biləcək nöqtə) olmamasıdır. Kriptovalyuta ancaq bir mənbədən idarə olunan proqram ilə idarə olunursa və azad tətbiq yoxdursa, onda bu mənbə “Tək maneə nöqtəsi”-dir.

Xatırlatmaq üçün qeyd etmək lazımdır ki, kripyo valyutaıar mərkəzsizləşdirilmiş quruluşları ilə fiat pullarla müqayisədə “Tək maneə nöqtəsi”-nə (ing.: “Single Point of Failure”) sahib deyillər, əks təqdirdə, onlar zədələnməyə və ya manipulyasiyaya məruz qala bilirlər. Hər hansı bir şirkət tərəfindən yaradılan kripto valyutlar isə əslində mərkəzləşdirilmiş yaradılır. Məsələn, “Ripple” kripto valyuta “Ripple Labs” kommersiya təşkilatı tərəfindən yaradılması haqqının 80%-ə sahibdir və daxili qaydaları özü müəyyən edir və paylayır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın