Kriptovalyutalar

Litecoin nədir?

litecoin-nedir
InvestAZ
Written by InvestAZ

Dünyadakı bir çox insanların müzakirə etdiyi kriptovalyutalara getdikcə maraq və tələbat artır. Bitcoin, Ripple, Ethereum, IOTA kimi virtual pulların rəqibi olan Litecoin, bu aralar bir çox investorun diqqətini çəkmiş vəziyyətdədir. Digər pul vahidlərindən daha asan və sürətli olmasının anlaşıla bilməsi üçün Litecoin-in vizual rəngi gümüşüdür. Bu gün sizlər üçün hazırladığımız bu məqalədə Litecoin ilə əlaqədar məlumat verəcəyik.

Litecoin nədir?

Rəqəmsal pul bazarında ulduzu yeni parlayan virtual valyutadır. Google-dan ayrılan Charlie Lee tərəfindən hazırlandıqdan sonra bazarlara daxil oldu. Son vaxtlarda populyar olan bu rəqəmsal valyutanın gələcəkdə daha yüksək qiymətə qalxması gözləniləndir.

Litecoin necə alınır?

Litecoin ala bilməyiniz üçün müxtəlif coin birjalar vardır. Bu platformaları seçim edərkən diqqətli olmağınızı tövsiyə edirik. Aşağı komissiyalı və etibarlı platformalar seçilməlidir. Yaxşı bir araşdırma etməli və istifadəçi şərhlərini nəzərdən keçirməlisiniz.

Litecoin ilə Bitcoin arasındakı fərq nədir?

Bu 2 virtual pul arasında ən böyük fərq, əməliyyat sürətidir. Hər kəs bildiyi kimi Bitcoin çox yavaş bir sistemə sahibdir. Digər tərəfdən Litecoin, istifadəçilər üçün böyük bir üstünlük verən yüksək sürəti ilə tanınır. Bu yüksək sürət istifadəçilərin əməliyyatlarını olduqca asanlaşdırır. Bundan əlavə, Litecoin-in istehsal limiti Bitcoin-in istehsal limitindən 4 dəfə yüksəkdir və bu da 84 milyon ədəddir.

Litecoin-nin yüksəlişi davam edəcəkmi?

Virtual pul vahidlərinin bu sürətli yüksəlişinin hara qədər davam edəcəyi hər kəs tərəfindən ən çox maraq edilən suallardandır. 2017-ci ildə Litecoin, təxminən 5000%-dən daha çox dəyər qazanaraq tarixi bir müvəffəqiyyətə imza atmışdır. 2017-ci ilin əvvəllərində 6 dollar səviyyələrində əməliyyat görən Litecoin, ilin sonuna doğru 300 dollar səviyyələrini görmüşdür. Bu sürətli yüksəliş sayəsində Litecoin bütün kiçik və böyük investorların maraqlarını cəlb edə bildi.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın