Məqalələr

Marja ticarəti nədir?

Written by InvestAZ

Bir çoxu birjada səhm almaq istədikdə, yaxud müəyyən əməliyyatı maliyyələşdirmək istədikdə lazımi nağd pulu broker hesabına yatırmaqla bu prosesi həyata keçirə biləcəyini düşünür. Lakin birjada ticarətin tək üsulu bu deyil. Alternativ üsul “marja ticarəti” adlanır. Marjinal ticarət sizə mövcud vəsaitlərinizdən artıq kapitalla ticarət etmək imkanının yaradılmasıdır. Marja ticarəti ticarət üçün istifadə edilə bilən bir kredit formasıdır. Bu borcun həcmi “leverage” – kredit çiyni kimi tanınır. Məsələn, 1:20 leverage o deməkdir ki, hesabda olan hər 1 dollar üçün 20 dollar alına bilər. Bu, Forex və kriptovalyutalarda getdikcə daha çox yayılmış investisiya strategiyasıdır.

Ticarət uğurlu getdikdə bu üsul mənfəəti artıra bilər. Təsəvvür edək ki, marja olmadan siz 25 dollarlıq ticarət aparırsınız və əməliyyatdan 10 dollar qazanırsınız. 1:20 leverage-ə görə, sizin ticarətiniz indi 500 dollar dəyərindədir.

Hesablamalarda çətinlik çəkirsinizsə marja kalkulatorundan istifadə edə bilərsiniz: 

https://www.investaz.az/marja-hesablama-aleti

Marjinal ticarət gəlirli olduğu qədər də risklidir, bu səbəbdən yatırımlarınızı tam nəzrətdə saxlamağınız vacibdir. “Stop-loss” – ziyanı dayandır və “take profit” – gəliri götür əmrlərindən istifadə etməyiniz məsləhətdir. 

InvestAZ olaraq sizə kredit çiyni dəstəyi ilə FOREX bazarında və səhm bazarlarında ticarət üçün geniş imkanlar yaratmışıq. Sərmayələrinizi bizimlə artıra bilər, daha çox gəlir qazana bilərsiniz. 

Müəllif haqqında

InvestAZ

Şərh yazın