Kriptovalyutalar

Nem coin nədir?

nem-coin-nedir
InvestAZ
Written by InvestAZ

Nem coin, digər rəqəmsal valyutalarda olduğu kimi mərkəzi banklar və vasitəçi təşkilatlar istifadə etməyən sürətli və aşağı əməliyyat ödənişləri ilə alqı-satqı təmin edən Altcoin-dir. 2014-cü ildə hazırlanmış və müxtəlif testlər edilən Nem, 2015-ci ildə rəqəmsal valyuta bazarına çıxdı. ICO mərhələsində edilən açıqlamalara görə bütün istifadəçilərin eyni haqq və bərabərliyə sahib olunmasını məqsəd qoyduqlarını ifadə etmişdilər.

Nem coin-nin digər kriptovalyutalardan fərqi nədir?

Bitcoin-in hazırlanmasından sonra yüzlərlə rəqəmsal pul vahidləri yaradılmağa başladı. Bu kripto valyuta vahidlərinin böyük bir əksəriyyəti ”FORK” adlı bir sistem ilə hazırlandı. Bitcoin-in istifadə etdiyi blockchain texnologiyası üzərində edilən dəyişiklik və yeni xüsusiyyətlər yenidən hazırlanmaqdadır. Ancaq Nem coin-də vəziyyət bir az fərqlidir. Çünki bu virtual pul vahidi sıfırdan dizayn edilmişdir. Java və Javascript ilə birlikdə dizayn edilən Nem, digər digital pul vahidlərinin sistemlərinə bənzəmir.

Nem coin-nin işləmə sistemi

Yuxarıda qeyd etdiyimiz kimi, Nem coin dizayn baxımından hər hansı digər virtual valyutaya bənzəmir. Xüsusi virtual cüzdan IOS və Android smartfonlar və ya tabletlər üçün nəzərdə tutulmuşdur. Bu xüsusiyyətdən əlavə, əməliyyatlar göndərmək və qəbul etmək də həyata keçirilir.
Nem coin-in ən vacib xüsusiyyətlərindən biri inflyasiya riskinin olmamasıdır. Bunun səbəbi isə virtual pul bazarına böyük həcmdə Nem coin daxil ola bilməməsidir. Bir digər əhəmiyyətli xüsusiyyətlərindən biri isə “offline” əməliyyat etmə imkanı təklif edilməsidir. Əvvəldən verəcəyiniz əməliyyat əmrləri ilə “online” olmağınıza ehtiyac olmayacaq.

Nem coin necə istehsal edilir?

Nem coin, digər virtual valyutalardan fərqli olaraq, “minning” yerinə “harvesting” yəni məhsul adlı bir xüsusiyyətə sahibdir. Hər hansı bir proqrama ehtiyacınız olmadan məhsul əldə edə bilərsiniz. Lakin məhsul edə bilməyiniz üçün ən az 10 min XEM (NEM) coin-nə sahib olma zəruriliyi vardır.
“Harveting”-in, “minning”-ə görə ən böyük üstünlüyü daha az enerji sərf etməsidir. Bu da normal olaraq daha az əməliyyat ödənişi deməkdir.

Nem coin-nin qiyməti nə qədərdir?

Nem coin, 30.01.2018 tarixi etibarilə 0,88 dollar səviyyəsində əməliyyat edilir. Əməliyyat həcmi 39,2 milyon dollar və bazar dəyəri 12,5 milyard dollardan çoxdur. Ən dəyərli kripto valyutalarının sıralamasında NEM 10-cudur.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın