Forex

Nəyə görə FOREX bazarını oyun adlandırmaq olmaz?

Niyə FOREX bazarını oyun adlandırmaq olmaz?
InvestAZ
Written by InvestAZ

İnternetin həyatımıza daxil olması və yayılması ilə birlikdə sürətlə inkişaf edən FOREX bazarı da təbii olaraq bir çox sualı da özü ilə bərabər gətirdi. Bir şans oyunu kimi yanaşıb əməliyyatlarında zərər ilə üzləşənlər, hər yaşanan böyük itgidə FOREX bazarının bir şans oyunu olduğuna dair şayiələri yaymağa başladılar.

Bəs həqiqətənmi FOREX bir şans oyunudur? sualının cavabı da məhz elə bu bəhs etdiyimiz yanaşmada gizlənmişdir. Əgər Siz bu bazara bir oyun kimi yanaşsanız, o da Sizə zərər edə biləcəyiniz üçün bir çox şərait yaradacaq. Ancaq FOREX bazarının təbiətini anlayıb, işləmə prinsipləri ilə tanış olaraq, onun əslində bir şans oyunu deyil, vəsaitlərinizi dəyərləndirə biləcəyiniz böyük bir maliyyə bazarının olduğunu dərk etsəniz, o zaman həqiqətə bir addım daha yaxın olacaqsınız.

Ticarət edə bildiyiniz üçün oyun deyil

FOREX, broker şirkətləri, banklar, fərdi və korporativ investorlar kimi əsas iştirakçılarınının valyutalar, qızıl, neft, pambıq, əmtəə və fərq müqavilələri ilə ticarət etdiyi beynəlxalq maliyyə bazarıdır. FOREX bazarı bütün bu maliyyə alətlərinin alqı-satqısı prinsipinə dayanır. Eyni ilə dollar və ya avro valyutalarını kənara qoyub bahalaşmasını gözlədiyimiz dövrlərdəki kimi. Sadəcə burada əməliyyatlar daha sürətlə icra olunduğundan, bütün ticarət əmrləri internet vasitəsilə həyata keçirildiyindən yatırım etdiyiniz maliyyə alətlərinə fiziki olaraq sahib olmağınıza gərək qalmır.

Analiz və Xəbərlərə əsaslandığı üçün oyun deyil

Bəs bu alınıb satılan maliyyə alətlərinin qiymət dəyişiklikləri təsadüf nəticəsindəmi baş verir? Təbii ki, xeyr. Bütün bu dəyişikliklər müxtəlif ölkələrdə cərəyan edən siyasi hadisələr və iqtisadi dəyişikliklər kimi fərqli faktorların təsiri nəticəsində baş verir. Bazardakı qiymət dəyişiklikləri bu göstəricilər əsasında formalaşır və bazar iştirakçıları da buna görə əməliyyatlar icra edirlər.

Strategiyaya bağlı olduğu üçün oyun deyil

Plan, nizam-intizam və strategiya FOREX-in qızıl qaydalarıdır. Şans oyunlarında qarşımıza çıxan hisslərə qətiyyən yer vermək olmaz. Çünki FOREX-in insani hisslərimizi kənara qoymağı tələb edən bir quruluşa malikdir.Texniki analizləri, iqtisadi göstəriciləri doğru şəkildə incələyib strategiyanızı təkmilləşdirməli, planlarınızı öncədən müəyyən etməli və test etdikdən sonra əməliyyat icra etməlisiniz. Tələsgənlik, qəzəb, qorxu və həyəcan kimi hisslərin bu qədər dəqiq məlumatlar əsasənda fəaliyyət göstərən qlobal maliyyə bazarında yeri yoxdur.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın