Forex

FOREX bazar iştirakçıları üçün etibarlı seçimdirmi?

FOREX bazar iştirakçıları üçün etibarlı seçimdirmi?
InvestAZ
Written by InvestAZ

Dünyanın ən böyük və ən yüksək likvidliyə malik FOREX bazarına olan maraq hər ötən gün artmağa davam edir. Bununla yanaşı, FOREX bazarı haqqında hələ də kifayət qədər məlumat və təcrübəsi olmayanlar bu sahənin etibarlı və ya etibarsız olub olmaması ilə bağlı əfsanələrə inanmaqda davam edirlər.

2011-ci ildə nə baş verdi?

Əslində FOREX-i 2011-ci ildən əvvəl və 2011-ci ildən sonrakı olaraq dövrlərə ayırmaq lazımdır. 2011-ci ildən əvvəl bütün əməliyyatlar xarici brokerlər vasitəsilə həyata keçirildiyi üçün vəsaitlərin mədaxil/məxaric prosesi kimi məsələlərlə bağlı bəzi problemlər və narahatçılıqlar yaranırdı. Ancaq 31.08.2011-ci il tarixindən etibarən FOREX bazarı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzarətinə keçməklə, yeni və etibarlı bir müstəviyə qədəm qoydu. Bu tarixdən sonra bazar iştirakçıları yalnız öncədən müəyyən qaydalar çərçivəsində əməliyyat aparmağa başladılar. Bu da, investisiya mühitinin etibarlı və nizamlı olmasını təmin etmişdir.

FOREX Məlumatlara əsaslanır

Forex haqqında geniş təsbit var ki, o da fərdi proqnozlara və şans faktoru ilə əlaqəli olmasıdır. Lakin bu ikili proqnozlarla əməliyyat etmək və işi şansa buraxmaq, bazar iştirakçısının ilk olaraq imtina etməli olduğu yanaşmalardır. Çünki FOREX bazarına ticarət edərkən, makroiqtisadi göstəriciləri müntəzəm olaraq təqib edib doğru şəkildə oxumaq və ölkələrin inkişaf proseslərini təqib edərək düzgün strategiya qurmaq lazımdır. Əməliyyatların icrasını bu istiqamətdə formalaşdıran və mərhələli şəkildə alqı-satqı əməliyyatları həyata keçirən bazar iştirakçıları, FOREX bazarında baş verən dinamikliklər zamanı inamla hərəkət edirlər.

Kredit çiyni dəstəyinin mənfi və müsbət cəhətləri

1:100 nisbətinə qədər yüksələn kredit çiyni nisbətləri, FOREX-in ən diqqət çəkən nöqtəsidir. Ancaq peşəkar bazar iştirakçısı bilir ki, gəlir nə qədər çox olarsa, risk səviyyəsi də bir o qədər yüksək olacaq. Buna görə də mərhələli şəkildə ticarət əməliyyatları icra etməklə riskdən və tez qazanıb, tez də zərər edənlərdən deyil, sabit gəlir əldə edən bazar iştirakçılarından olmalısınız.

FOREX peşəkar broker şirkətləri ilə daha da etibarlıdır.

FOREX Maliyyə bazarlarında ticarət etmədən öncə diqqət etməli olduğunuz ən əhəmiyyətli məsələlərdən biri də real ticarət hesabı açacağınız broker şirkətinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lisenziyasının olub olmadığını yoxlamaqdır. Çünki FOREX əməliyyatları banklar və broker şirkətləri vasitəsilə həyata keçirlir və bu qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən olunur. FOREX bazarında ticarətə başlamazdan əvvəl təhlükəsizlik mövzusunda atacağınız ilk və önəmli addım, aşağı xərcli bir broker şirkətinə üstünlük vermək əvəzinə, QKDK lisenziyası ilə fəaliyyət göstərən broker şirkəti ilə əməkdaşlıq etməkdir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın