Forex

FOREX bazarında risk mövcuddurmu?

FOREX-də ticarət necə həyata keçirilir?
InvestAZ
Written by InvestAZ

Hər bir maliyyə bazarında olduğu kimi FOREX bazarında da risk amili mövcuddur. Kredit çiyni dəstəyi vasitəsilə yüksək gəlir əldə etmək imkanı əlbəttə ki, FOREX-in ən cəlbedici üstünlüyüdür. Bu sahədə risk ancaq vəsaitlərin düzgün idarə edilmədiyi zaman əmələ gələ bilər. Bir bazar iştirakçısı kimi maliyyə bazarı haqqında nə qədər dərin biliklərə sahib olsanız, iqtisadi məlumatlara hisslərinizlə deyil məntiqinizlə analiz edib əməliyyatlar icra etsəniz, riskinizi bir o qədər minimuma endirmiş olarsınız. Qısası, FOREX bazarında risk səviyyəsi, bazar iştirakçısının bilik səviyyəsinə və təcrübəsi ilə tərs mütənasibdir.

Yanlış qərarların yaratdığı risklər

Nümunə: Avronun dollar qarşısında dəyər qazanacağını ehtimal edərək, dolları avroya çevirirsiniz. Gün ərzində avro dollar qarşısında qiymətini itirərsə bu Sizin üçün riskli bir vəziyyət ola bilər. Bu risk yanlış qərar verməyinizin nəticəsidir. Gündəlik iqtisadi xəbərləri təqib etməmək, hisslərinizə axralanaraq qərarlar vermək, özünüzə inam kimi amillər Sizi yanlış qərarlar verməyə sövq edə bilər.

Kredit çiyni dəstəyindən yanlış istifadəsi

Kredit çiyni dəstəyi FOREX bazarının ən diqqətçəkən üstünlüklərindən biridir. Kredit çiyni dəstəyi ilə Siz hesabınızda olan vəsaiti 100 dəfəyə qədər artırmaqla böyük əməliyyatlar icra etmək imkanı əldə edirsiniz. Nümunə: Hesabınızda 10 dollar varsa, doğru əməliyyat etməklə 100 dollar mənfəət əldə edə bilərsiniz. Kredit çiyni dəstəyindən istifadə edərək 100 dollara mənfəət əldə etmək imkanınız olduğu kimi, yanlış qurulmuş strategiya nəticəsində 100 dollar zərər etmək riskiniz də vardır. Azərbaycanda maksimum kredit çiyni dəstəyi 1:100 nisbətində olmasına baxmayaraq əməliyyatlarınızda bu nisətin hamısını istifadə etməyiniz Sizi yüksək risk ilə üz-üzə qoyması ilə nəticələnə bilər. Riskinizi minimuma endirmək üçün iqtisadi məlumatlara uyğun olaraq kredit çiyni nisbətini müəyyən etmək, mərhələli şəkildə atırmaq və anidən yarana biləcək dalğalanmalara qarşı “stop loss” ticarət əmri istifadə etməkdir.

Natamam məlumatlarla ticarət etmək

FOREX bazarının haqqında nə qədər dərin biliklərə malik olsanız, fundamental və texniki analizləri nə qədər yaxşı incələyə bilsəniz, riskinizi bir o qədər aşağı səviyyəyə endirmiş olacaqısınız. Əgər bu sahədə hələ də çətinlik çətirsinizsə, o zaman FOREX tədris proqramlarına qatılaraq biliklərinizi genişləndirə və bazarlara baxış bucağınızı dəyişə bilərsiniz. Bundan başqa vəsaitlərin idarə olunması üzrə mütəxəssislərin analizlərini incələməklə də, əməliyyatlarınızı düzgün şəkildə istiqamətlərndirə bilərsiniz. FOREX bazarında real ticarət əməliyyatı icra etmədən əvvəl pulsuz təlim hesabında əməliyyatlarınızı test edə bilərsiniz. Strategiyalarınızın düzgünlüyündən əmin olduğunuz zaman real ticarət hesabında əməliyyat icra edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın