Məqalələr

Qısa müddətdə yüksək gəlir əldə etmək mümkündürmü?

forex grafik
InvestAZ
Written by InvestAZ

Gələcəyinizə yatırım etmək və bunu ən qısa müddətdə həyata keçirmək mümkündür. Ümumiyyətlə, qısa müddət ərzində yüksək gəlir əldə etmək bazar iştirakçılarına xəyal kimi görünsə də, bilik və təcrübə sayəsində bunu reallığa çevirmək olar.

Fond birjaları və FOREX maliyyə bazarı özü özlüyündə fərqli bir dinamikliyə malikdirlər. Bir maliyyə bazarında tətbiq etdiyiniz strategiya, digər maliyyə bazarında eyni nəticəni verə bilməz. Məhz buna görə də hər iki maliyyə bazarını yaxşı tanımalı və vəsaitlərinizi dəyərləndirmədən əvvəl hədəfləriniz üçün ən uyğun bazarı seçib, hansı istiqamətdə strategiya quracağınızı müəyyən etməlisiniz. Qısa müddət ərzində gəlir əldə etmək mümkün olsa da, risklidir.

Fond Birjası yoxsa FOREX?

Fond Birjası ilə müqayisədə, FOREX bazarı gündəlik olaraq 5 trilyon dollarlıq ticarət həcminə malikdir. Qısamüddətli alqı-satqı əməliyyatları forex bazarının əsasını təşkil edir. Bu səbəbdən də qısa müddətli ticarətə üstünlük verən bazar iştirakçılarının FOREX bazarına üz tutmaları daha məntiqlidir. Ancaq riskli olması Sizdə tərəddüd yaradırsa, fond birjalarında da qısamüddət ərzində gəlir əldə edə bilərsiniz.

Fond Birjasında Qısamüddətli bazar iştirakçısı olmaq

Birjada qısa müddət ərzində ticarət etməyə üstünlük verən və nəticədə gəlir əldə edən bazar iştirakçılar, buna zamanla qazandıqları təcrübə sayəsində edirlər. Bu sahədə təcrübəsi olmayanların isə riskə girmələri tövsiyyə olunmur.

Birjada qısa müddətdə gəlir əldə etmək istəyirsinizsə, qiymətin aşağı olduğu birjaladakı səhmləri yerindəcə satıb, gəlirliliyi artmağa başlayan səhmləri almaq tövsiyyə olunur. Riskə atılacaq zərər nisbətinin 10%-i keçməməsinə diqqət edilməli və gündəlik ən çox 20 əməliyyat aparılmalıdır. Açıq satış etməmək və yüksələn səhmlərə istiqamətlənmək isə qısamüddətli ticarətə üstünlük verən bazar iştirakçılarının digər seçimi ola bilər.

Qısamüddətli bazar iştirakçısı üçün FOREX bazarı

Qısamüddətli ticarət üçün birjalarla müqayisədə daha çox üstünlüyə malik olan və likvidliyi ən yüksək olan FOREX bazarıdır. Yatırım məbləğinizdən asılı olmayaraq FOREX ticarətinə qoşularaq qısa müddət ərzində yüksək gəlir əldə edə bilərsiniz. Bazardakı ani qiymət dəyişikliklərinin yaratdığı gəlir imkanları və kredit çiyni vasitəsilə həyata keçirilən əməliyyatlar, FOREX bazarı qısamüddətli bazar iştirakçıları üçün yatırım portfellərini zənginləşdirmək üçün daha uyğundur. Sadəcə valyutalarla deyil, qızıl, gümüş və neft kimi əmtəələrin ticarət edildiyi bazarda, iki istiqamətli ticarət sayəsində, qiymətlər enərkən belə gəlir əldə etmək mümkündür.

Özünüzə Əmin olun

Fond birjası və FOREX bir bazar iştirakçısı üçün uzunmüddətli olduğu kimi, qısamüddətdə də gəlir gətirə bilir. Ancaq hər ikisi bir risk səviyyəsinə malikdir. Bu riskləri minimuma endirməyin ən düzgün yolu bazar haqqında geniş məlumata və təcrübəy sahib olmaqdır. Bunun üçün FOREX tədris kurslarına qatıla, təlim hesabı vasitəsilə real birja mühitinə hazır ola bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın