Məqalələr

Real ticarət hesabına keçid edənlərə tövsiyyələr

Real ticarət hesabına keçid edənlərə tövsiyyələr
InvestAZ
Written by InvestAZ

FOREX bazarında fəaliyyət göstərən broker şirkətləri, vəsaitlərini dəyərləndirmək istəyənlərə ilkin mərhələdə bazarda ticarətin necə aparıldığını tanıtmaq üçün Təlim hesabı ilə ticarəti təklif edirlər. FOREX bazarına təcrübə olmadan qatılmağın təhlükəli olduğunu anlayan broker şirkətləri, bazar iştirakçılarına Pulsuz təlim hesabları vasitəsilə ticarət edərək təcrübə toplamalarına imkan yaradırlar. Beləliklə də, bazar iştirakçıları, təlim hesabları sayəsində əməliyyat açmağı, ticarət əmrlərini və analiz metodlarını öyrənmiş olurlar. Bu tətbiq real ticarət hesablarına çox bənzəsə də, bəzi bazar iştirakçıları, təlim hesablarında qazandıqları vəsaitləri real ticarət hesabına keçəndə əldə edə bilməyəcəklərini düşünürlər. Əslində bu vəziyyəti yaşamaq, ya da bu vəziyyətə düşməmək bazar iştirakçısının öz əlindədir.

Təlim hesabında ticarət zamanı real düşünün

Bazar iştirakçıları, öyrənmə mərhələsində açdığı təlim hesabına kompüter oyunu məntiqi ilə yanaşarsa, lazımi təcrübə toplaması çətinləşəcək və bu ticarətin real olduğu fikri arxa plana keçəcək. Təcrübə toplamaq məqsədi ilə təlim hesablarında bazar iştirakçısının başlanğıc olaraq ticarət üçün müəyyən etdiyi virtual məbləği necə istifadə etməyi bilməsi çox önəmlidir. Təlim hesabında olan vəsait virtual olması bir çox bazar iştirakçılarına cəsarət verir və vəsaiti itirmək qorxusunun olmaması yatırım etməklərinə səbəb olur. Bu məntiq, real ticarət hesabı ilə ticarətdə bazar iştirakçısını çaşqınlığa gətirib çıxara bilər. Çünki bazar iştirakçısının vəsaitin virtual olmasına önəm vermədən qurduğu strategiya, real hesabda ticarət zamanı ona çətinliklər yaradacağının şahidi olacaq. Bu psixologiya ilə yanlış qərarların verilməsinə gətirib çıxara bilər. Lakin təlim hesabının məntiqini ilk vaxtlardan anlayan bazar iştirakçısı real ticarət hesabına keçdiyi zaman, virtual vəsaitin bir gün real vəsaiti ola biləcəyini düşünür və o düşüncəyə uyğun strategiyalar qurur.

Real Ticarət hesabına keçən zaman nə etməli?

Yuxarıda təlim hesablarında ticarət edərkən, real düşünməyin vacib olduğunu vurğuladıq. Lakin təlim hesabında heç bir zərəriniz olmadığı üçün bütün qurduğunuz strategiyaları sınaqdan keçirə bilərsiniz. Təlim hesabı, hansı əməliyyatlarda gəlir və zərər səviyyələrini yaşayacağınız görmək üçün bənzəri olmayan texnologiyadır. Real hesaba keçmədən öncə ticarət strategiyanızı müəyyən etməlsiniz. Təlim hesabında hər yolu sınaqdan keçirdikdən və bəlli bir təcrübə topladıqdan sonra yatırım strategiyanızı müəyyən edib, bu strategiyanıza sadiq qalmağınız ən rasional addımınız olacaqdır. Beləliklə, təlim hesabından real hesaba keçid etdiyinizdə özünüzü daha təcrübəli hiss edə, əməliyyatlarınızı daha inamlı şəkildə həyata keçirə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın