Forex

Ticarət terminalında olması gərəkənlər

Ticarət terminalında olması gərəkənlər
InvestAZ
Written by InvestAZ

FOREX Ticarət terminalları, bazar iştirakçıları üçün ən önəmli vasitələrdən biridir. Bu ticarət terminalları arasında bazar iştirakçılarının ən çox üstünlük verdiyi ticarət terminalı MetaTrader4 (MT4) terminalıdır. Terminalın bazar iştirakçıları arasında bu qədər məşhur olmasının səbəbi isə rahat istifadəyə və istifadəçinin bütün ehtiyaclarını qarşılayan interyfeysinin olmasıdır.

MetaTrader 4 Nədir?

FOREX Maliyyə bazarına yeni addım atan və ya bu bazarı araşdıran bazar iştirakçıları üçün MT4 Ticarət terminalında olanları hər tərəfli öyrənmək önəmlidir. MT4 Ticarət terminalı, FOREX bazarında ticarət əməliyyatlarının icra etməyə imkan verən bir proqramdır. Bu ticarət terminalından Pulsuz olaraq istifadə edilə bilinməsi isə ən böyük üstünlüklərindəndir. MT4 ticarət terminalından istifadə etmək üçün sadəcə Pulsuz Təlim hesabı açmaq lazımdır. Proqramın yüklənmə həcminin kiçik olması isə ticarət terminalının ən zəif konfiqurasiyalı cihazlarda işləməsinə belə imkan verir.

MetaTrader 4 Terminalının içindəkilər

CFD və FOREX əməliyyatlarına dair ətraflı məlumatları bu ticarət terminalı vasitəsilə öyrənə bilərsiniz. Ticarət terminalı özündə anlıq əməliyyatlar icra etmək və texniki analizlər aparmaq  kimi funksiyaları özündə birləşdirir. Texniki analiz paketinin içərisinə: analiz alətləri, dəqiqəlik qraiklərdən anlıq qrafiklərə qədər olan zaman periodlarının istifadəsi və fərdiləşdirilə bilən indikatorların yaradılması daxildir. Bundan əlavə istifadəçilər terminalı müxtəlif (İngilis, Alman, Fransız, Türk, Ərəb, Rus, İspan, Çin, Yapon, Koreya və s.) dillərə çevirməklə yanaşı, icra etdikləri əməliyyat tarixçələrinə baxaraq ticarət strategiyalarına müvafiq istiqamət verə  bilərlər.

MetaTrader 4 İstifadəsi

Ticarət terminalında dillərin müxtəlif olması digər ölkələrdə olan bazar iştirakçılarının bu terminaldan istifadəsini rahatlaşdırır. MT4 terminalı, bazar iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə hər gün yenilənir. Bunlar xaricində Metatrader 4 ticarət terminalı sayəsində ticarət əməliyyatlarınızın xülasələrini, əməliyyat və real zaman rejimində balansınızdakı vəziyyəti izləyə, mənfəət və zərərlərinizi saxlayaraq harada yanlış əməliyyat açdığınızı analiz edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın