Məqalələr Yatırım

Uğura gedən yolda niyə geri dönməməliyik?

Uğura gedən yolda niyə geri dönməməliyik?
InvestAZ
Written by InvestAZ

Uğura aparan yolda müxtəlif çətinliklərlə üzləşə bilərik. Bu çətinliklər bəzən bizə mənfi təsir göstərə və məyusluğa səbəb ola bilər. Ancaq unutmamalıyıq ki, bu çətinliklər bizim iradəmizi, səbrimizi və istəyimizi ölçmək üçün sınaqlardır.
Bilirik ki, həyat uğursuzluqdan uğura qədər olan hekayələrlə doludur. Müvəffəqiyyətsiz olduğunuz zamanlarda xətalarımızdan dərs alaraq və imtina etməyərək öz uğur hekayəmizi yaratmaq bizim əlimizdədir.

Risk etməkdən qorxmamalıyıq

Yaşımızdan asılı olmayaraq yeni təcrübə qazanmaqdan qorxmamalıyıq. Həyat hər an fürsətlərlə doludur. Bu imkanlara qarşı özümüzü bağlamamalıyıq. Yarana biləcək yeni seçimlər bizim üçün müxtəlif yollara yeni qapılar aça bilər. Komfort sahəmizin xaricinə çıxaraq bu yolları görməliyik. Heç kim risk etmədən müvəffəq ola bilməmişdir. Xoşbəxt gələcək üçün gələcəyimizə həm maddi, həm də mənəvi olaraq investisiya etməliyik. Yeni təcrübə qazanmaq bizi həmişə irəliyə aparır.

İnkişafımız üçün yatırımlardan çəkinməməliyik

Əslində həyatımızın müxtəlif anlarında fərqinə varmadan da olsa müxtəlif sərmayələr edirik. Şəxsi inkişafımızı artıraraq özümüzə, vəsaitlərimizi dəyərləndirərək gələcəyimizə və s. investisiyalar edirik. Bunların hamısı daha xoşbəxt bir həyat yaşamaq arzuladığımız üçündür. Ancaq bəzən vəsaitlərimizi doğru qiymətləndirə bilmirik. Vəsaitimizi doğru dəyərləndirmə variantlarından biri də maliyyə bazarlarına investisiya etməkdir. Bəzən burada da investisiya alətini analiz etmədən, bilmədən yüksək gözləntilərə qapılırıq. Qısa müddətdə varlanmaq arzusu bizi səhv addımlar atmağa daşıyır. Özümüzdə səhv axtarmaq əvəzinə günahı investisiya alətində görürük. Beləcə öz səhvimiz üzündən investisiya etməkdən imtina edərək əldə edəcəyimiz gəlirə mane oluruq.

Uğura çatmaq üçün tələsməməliyik

Bütün insanların təbiətində istədiyinə dərhal çatma arzusu vardır. Hamımız bu nəticələrə dərhal, əngəl olmadan nail olmaq istəyirik. Problemlərə “canavar gözüylə” baxırıq və qarşılaşmamaq istəyirik. Bəzən də bu problemləri görməməzlikdən gəlirik, çünki onlardan qorxuruq. Yaxşı bu doğrudurmu? Müvəffəqiyyətə gedən yolda qarşılaşdığımız problemləri uğurun təməl daşları olaraq düşünməliyik. Problemlərdən qaçmadan doğru həllər çıxararaq irəliləməliyik. Səhvlərimizdən təcrübə almalıyıq. Bu yolda möhkəm bir təməl qursaq, qalan yolda daha güclü olacağıq. Buna görə tələsmədən, planlar quraraq və problemləri həll edərək irəli getməliyik.

İlham almalıyıq

Həqiqətən uğurlu olmaq istəyiriksə, uğur qazanan insanlardan ilhamlanmalıyıq. Uğurlu insanların həyatını araşdırmalıyıq. Yalnız uğur hekayələrini deyil, uğursuzluq hekayələrini də təhlil etməliyik. Uğurlu insanlar müvəffəqiyyətə gedən yolda dəfələrlə uğursuz olublar. Uğursuz olduqları anlarda bəlkə özlərini çarəsiz hiss ediblərr. Ancaq heç vaxt getdikləri yoldan geri dönməyiblər. Bu uğursuzluqların dərininə enərək problemləri görüblər. Problemlərdən həllər çıxarmaqları onları daha da güclü hala gətirib. Məqsədlərinə qətiyyət və səbrlə çalışaraq nail olublar. Onlar hədəflərinə çatmaqda qərarlı olmasaydılar hazırda heç birini tanımaz olacaqdıq. Çünki tarix yalnız uğurlu olanları yazar.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın