InvestAZ Beynəlxalq FOREX konfransında
30.09.2014 11:00
PRESS RELİZLƏR
InvestAZ Azərbaycanı FOREX konfransında təmsil edib
25-28 sentyabr 2014-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində “FX World İstanbul Forex və Törəmə Alətlər” adlı Konfrans və Sərgi keçirilib. Konfransda ölkəmizi Azərbaycan və Türkiyə bazarlarında uğurla fəaliyyət göstərən “InvestAZ” şirkəti təmsil edib.

“InvestAZ” şirkətinin  İdarə Heyətinin sədri Elşən Quliyev konfransda çıxış edib. O, bu konfransın Foreks bazarının müzakirə edilməsi ilə bərabər, fərdi və korporativ sərmayəçilərin bir araya gətirilməsi   baxımından əhəmiyyətini vurğulayıb.  Türkiyənin sərmayə baxımından önünün açıq olduğunu deyən Quliyev, İstanbulun Beynəlxalq Maliyyə Mərkəzi olma yolunda heç bir maneəsinin olmadığını qeyd edib.

Quliyev, kredit çiyni ilə ticarət baxımından, Türkiyənin sərmayə bazarının çox gənc olduğuna işarə edərək, “Türkiyənin  fərdi sərmayəçi bazarının inkişaf etdirməsi üçün, kiçik kredit çiyni vasitəsi ilə insanlar sərmayə dünyası ilə tanış edilməlidir”-deyib.

Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.
Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA