YATIRIMLARINIZI BİZ İDARƏ EDƏK

Yatırımlarınızı İnvestAZ-ın peşəkar portfel idarəçilərinə həvalə edin və sadəcə izləyin.


MÜRACİƏT ET


Image titlePORTFEL İDARƏÇİLİYİ XİDMƏTİ HAQQINDA


Yatırımlarınızı InvestAZ-ın peşəkar portfel idarəçilərinə həvalə etməklə aktivləriniz 24/7 nəzarətinizdə olacaq. Maliyyə bazarlarında mütəmadi dəyişikliklər, gəlirliliyin aşağı düşməsi, inflyasiya təhlükəsi və xarici bazarlara çıxmaqda investorların üzləşdiyi maneələri aşmaq onların yatırımlarının gəlirlə idarə olunması üçün xüsusi bilik və bacarıqlar tələb edir. Portfel idarəçiliyi investorların yatırımlarının onların məqsədləri ilə uyğunlaşdırılması, düzgün yatırım alətlərinin, risk və gəlir arasında balansın seçilməsi haqqında elmdir. 



DAHA ƏTRAFLI
YATIRIM MƏSLƏHƏTÇİLƏRİMİZDƏN MƏLUMAT ALIN


Yatırım Miqdarı:

Dəyərləndirmək istədiyiniz məbləği seçin.

0 AZN

Yatırım Müddəti:

Dəyərləndirmək istədiyiniz müddəti seçin.

3 AY

Hədəf Gəlirlilik:

Risk səviyyələrindən birini seçərək, yatırım profilinizi təyin edə bilərsiniz.

Tövsiyyə olunan Yatırım Modeli

Yatırım və risk seçiminizə uyğun strategiya:

Hədəf Gəlir miqdarı

0.00 AZN

İNDİ BAŞLA

GƏLİRLİLİYİ NECƏ YARADIRIQ?



InvestAZ Şirkətinin portfel idarəçiliyi üzrə peşəkarları müştərilərin məqsədini, yatırım müddətini, onların risk və gəlir seçimini müəyyən edir. Müştəridən əldə olunan məlumatlar əsasında müxtəlif çeşidli yatırım alətlərindən ibarət portfel qurulur və müvafiq investisiya strategiyası seçilir. Portfel idarəçiliyi üzrə peşəkar heyətimiz portfelin riskini azaltmaq məqsədilə yatırımları müxtəlif ölkə və sənaye sahələri, habelə müxtəlif yatırım alətləri üzrə diversifikasiya edir.


PORTFEL İDARƏÇİLİYİNİN XÜSUSİYYƏTLƏRİ

Image title


EFFEKTİV DİVERSİFİKASİYA

InvestAZ Şirkətinin portfel idarəçiliyi üzrə peşəkar heyəti fiziki və hüquqi şəxs olan müştərilərin portfellərini minimum risk və maksimum gəlir ilə doğru investisiya siyasəti əsasında idarə edir.

Image title


DÜNYA BİRJALARINA ÇIXIŞ İMKANI

Investorlar xarici maliyyə bazarlarına birbaşa çıxış zamanı müəyyən məhdudiyyətlərlə üzləşirlər. Onlar, ilk növbədə həmin ölkələrin qanunvericiliyi ilə tanış olmalı, bazarın xüsusiyyətlərini öyrənməlidir. Həmçinin, xarici maliyyə bazarlarına birbaşa çıxış müəyyən texniki və maliyyə resursları tələb edir. Lakin, portfel idarəçiliyi xidmətindən istifadə etməklə siz qeyd olunan əlavə xərclərdən və məhdudiyyətlərdən azadsınız.

Image title


MÜNTƏZƏM HESABATLILIQ

InvestAZ Şirkəti portfelinizin vəziyyəti haqqında sizi mütəmadi olaraq məlumatlandırır.

Image title


LİKVİD İNVESTİSİYALAR

Maliyyə bazarlarında baş verən kəskin dəyişikliklər ani qərarlar tələb edir. InvestAZ şirkəti yaranacaq likvidlik və kredit risklərinin qarşısını almaq üçün sizin aktivlərinizi likvid investisiyalara yatırım edir.

Image title


RİSKLƏRİN İDARƏOLUNMASI

InvestAZ şirkətinin portfel idarəçiliyi üzrə peşəkar heyəti mütəmadi olaraq bazarı izləyir, müştəri portfellərini təhlil edir, risk menecment alətləri vasitəsi ilə müştəri portfellərini kəskin faiz və qiymət dəyişimi nəticəsində yaranan itkilərdən qoruyur və gələcəkdə baş verə biləcək hadisələrlə bağlı müştərini məlumatlandırır.

Image title


İNDİVİDUAL YANAŞMA

InvestAZ şirkətinin hər bir investora individual yanaşması, investisiyanın həcminə, gəlirlilik hədəflərinə və investisiya müddətinə uyğun olaraq yatırım imkanı verir.

WHY REPUTE


SİZ XƏYAL QURUN, BİZ GERÇƏKLƏŞDİRƏK

InvestAZ Aktivlərin İdarə Edilməsi xidməti ilə yatırımda yeni fürsətlərdən yararlanın. Siz sadəcə gəlir hədəflərinizə fokuslanın, portfel idarəçiliyi sayəsində yüksək təcrübəyə malik mütəxəssislərimiz Sizi məqsədlərinizə çatdırsın.

SİZƏ YARDIMÇI OLAQ

Formanı doldurun, peşəkar heyətimiz sizə yardımçı olsunlar.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234