Məqalələr

Sıfırdan sərvət toplamaq sənəti

Sıfırdan sərvət toplamaq sənəti
InvestAZ
Written by InvestAZ

Sıfırdan sərvət toplamağın yollarını öyrənməyə hazırsınız?

Həyat tərzinizdə yeni mərhələyə qədəm qoymaqla, büdcə planlamaları və ən əsası maliyyə bazarlarına yatırım etməklə xəyallarınızda qurduğunuz sərvətə sahib ola bilərsiniz. Xəyalınızdakı sərvətə hal-hazırda çalışdığınız işlə nail olacağınızı düşünürsünüzsə, o zaman aşağıda yazılanları diqqətlə oxuyun.

Qənaət edin

Pul xərcləmək çox əyləncəli və asan bir prosesdir. Məsələ qənaət etməyə gəlincə isə vəziyyət biraz dəyişir. Aylıq gəliriniz önəmlidir, ancaq bu gəlirinizi idarəetmə tərziniz bütün mənzərəni dəyişdirə bilər. İlk öncə bütün edəcəyiniz xərclərinizin siyahısını tutun. Daha sonra bu siyahıda hansı xərclərinizi azalda biləcəyinizi götür qoy edin. Qənaət etdiyiniz məbləği gələcək yatırımlarınız üçün bir kənarda saxlayın.

Böyük həcmli borc almaqdan çəkinin

Yuxarıda qeyd olunanlara riayət edirsinizsə, deməli büdcə planı formalaşdırırsınız. Sabit bir gediş üçün keçmiş borclarınızı bir an əvvəl bağlayıb, yeni borclara girməməyə çalışın. Xüsusilə aylıq ödənişləri az görünən görünən, amma Sizi uzun zaman kredit ödəməyə məcbur edən borcları bağlamağa cəhd edin.

Əlavə gəlirə ehtiyacınız olacaq

Sərvət sahibi olmaq istəyən insanların çərçivəyə sığmayan xaraterləri olur. Bu sərbəstliyi üstünlüyə çevirərək yeni bir iş planları və fərqli gəlir məcralarının arxasınca qaça bilərsiniz.

Yatırım etməyi öyrənin

Yuxarıda qeyd olunan fərqli gəlir məcrası niyədə maliyyə bazarı olmasın?

Məsələn fərqli gəlir imkanlarından faydalanmaq üçün FOREX Beynəlxalq Maliyyə bazarlarına qoşula bilərsiniz. Sahə haqqında kifayət qədər məlumat topladıqdan sonra lisenziya əsasında fəaliyyət göstərən broker şirkətində PULSUZ Təlim Hesabı açaraq real birja şərtləri ilə ticarət edin.

Artıq Yatırım zamanıdır

Böyük hədəfləriniz üçün kiçik addımları olaraq qənaət etdiyiniz vəsaitləri indi dəyərləndirməyə başlayın. Seçiminizdən asılı olaraq valyuta və ya əmtəə bazarlarına kiçik yatırımlar edin. Başlanğıcda çox kiçik qazanclar, hətta bəzən itkilərlə üzləşsəniz belə, sakitliyinizi qorusanız zamanla itirdiklərinizi bərpa edə bilərsiniz. Maliyyə bazarında gəlir əldə etmək ilkin mərhələdə böyük zəhmət və səbr tələb edir. Bundan əlavə yeni nəsil FOREX bazarı yatırımlarınızı internet üzərindən idarə etməyə imkan verdiyi üçün evinizi və ya iş yerinizi tərk etmədən də bu işlə məşğul ola bilərsiniz. Beləliklə, hal-hazırdakı işinizə yeni karyeranızı inteqrasiya etmiş olacaqsınız.

FOREX bazarında kredit çiyni

FOREX maliyyə bazarında kredit çiyni dəstəyi ilə vəsaitinizin 100 qatı mislində əməliyyatlar icra edə bilərsiniz. Kiçik qiymət fərqliliyini böyük gəlirlərlə çevirən kredit çiyni sistemi, eyni vəziyyətin əksini də göstərə bilər. Məhz buna görə də kredit çiyni dəstəyindən doğru istifadə etməyiniz məsləhət görülür. Maliyyə bazarında ticarət edəcək insanlar vəsaitlərinin neçə faizi ilə ticarət edəcəklərinə öncədən qərar verməlidirlər. Bunun üçün isə həmin şəxsin vəsaitlərin idarə olunması sistemini yaxşı mənimsəməsi gərəkdir.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın