Skip to content Skip to sidebar Skip to footer
Skalpinq nədir?
Skalpinq ticarət əməliyyatı açmağınız və bağlamağınız arasında olan müddətə bağlı olaraq 180 saniyə içərisində əməliyyatın açılıb/bağlanmasıdır. Başqa cür desək, 180 saniyə içində açdığınız əməliyyatdakı pip dəyərinin 10 və ya daha çox olmasına söykənir. Pip 10-dan çoxdursa skalpinq etmiş hesab olunur, 10-dan az olduğu təqdirdə scalpinq etmiş sayılmırsınız.
Məzunlar büdcələrini necə formalaşdırmalıdırlar?
Əyləncəli və bir az da çətin tələbəlik illəri başa çatdı. Artıq həyatınızın iplərini əlinə alan və maliyyə vəziyyətinizə nəzarət edə biləcək məzunsunuz. Öz ayaqları üstündə duran, vəsaitlərinin hesabatını aparan bir vətəndaş kimi yetişmisiniz. Məsuliyyətli və bir qədər də çətin görünən bu yola, yəni maliyyəni idarə edənlərin dünyasına xoş gəldiniz.
InvestOR Platformasının və MT 4 Ticarət Terminalının oxşar və fərqli cəhətləri
InvestOR Platformasının və MT 4 Ticarət Terminalının oxşar və fərqli cəhətləri
Bütün FOREX əməliyyatları internet vasitəsilə həyata keçirilir və bu əməliyyatlarını həyata keçirmək üçün müxtəlif ticarət terminalları mövcuddur. Bu ticarət terminallarından ən çox istifadə olunanı isə MetaTrader4 terminalıdır. MetaTrader 4 ticarət terminalı vasitəsilə maliyyə bazarlarına qoşularaq bütün ticarət əməliyyatlarınızı həyata keçirə bilərsiniz.
FOREX-də ticarət edənlər harada səhv edirlər
FOREX-də ticarət edənlər harada səhv edirlər
Əslində FOREX haqqında danışıldığı kimi “İtirənlərin Klubu” kimi tanınan maliyyə bazarı deyildir. Televiziyadan izlədiyiniz, qazet və internetdən oxuduğunuz, radiolardan dinlədiyiniz uğurlu FOREX hekayələrini xatırlayın. Bəs yaxşı bu bazarda itgi ilə üzləşənlər? Onlar harada səhvə yol veriblər və onların yol verdiyi bu səhvlərdən necə yan keçmək olar?
FOREX Ticarət Terminalının Özəllikləri
FOREX ticarət terminallarının istifadəsi ilk baxışdan mürəkkəb görünsə də, zamanla daha çox inkişaf etdirilərək bazar iştirakçılarının istifadəsi üçün sadələşdirildi. Tək kliklə iqtisadiyyatın hər sahəsindən məlumatlara, gələcəyə dair proqnozlara nail olduğumuz, texniki analizləri apara bildiyimiz, baş verənləri dəqiqəlik, həftəlik, aylıq və illik olaraq görməyə imkan verən FOREX ticarət terminalının qrafikləri, investisiya işlərinizdə ən böyük yardımçınız olacaq.
Stresslə mübarizə aparmağın yolları
İstər işdə, istər şəxsi həyatımızda hər birimizin stress altında qaldığımız vaxtları olub. Hər kəsin həssas nöqtələri və stresə dayanaqlığı fərqlidir. Bu səbəbdən bir çoxlarımız bu halların öhdəsindən asanlıqla gəldiyi halda, digərləri bu halların təsirindən uzun müddət qurtula bilmirlər. Bəs FOREX maliyyə bazarında ticarət etdiyimiz zaman bu kimi halların qarşısını necə almalıyıq?
Makroiqtisadi məlumatların əhəmiyyəti
Yatırım qərarı, əsla təsadüfən verilmiş qərarlar deyil. Tam əksinə, bilik və təcrübəyə əsaslanaraq verilmiş məntiqli qərarlardır. FOREX bazarında doğru yatırım qərarlarının verilməsi və təqib edilməsinin başında makroiqtisadi məlumatlar durur. Bəs makroiqtisadi göstəriciləri hansılardır? Makroiqtisadi göstəricilər, bir ölkənin maliyyə gücünü əks etdirən göstəricilərdir. Bu göstəricilər bazarda mövcud olan tələb və təklifi anlamağımız üçün lazımi məlumatladır və maliyyə alətlərində baş verən qiymət dəyişiklikləri bu tələb və təklif əsasında formalaşır.
Riskdən qorunmağın yolları
FOREX bazarında ticarət etməyə qərar vermisinizsə və risklərdən necə qorunacağınız haqqında düşünürsünüzsə, ilk öncə bilməlisiniz ki, bu sahədə özünüzlə mübarizə aparmalısınız. FOREX bazarı bir çox insan və təşkilatlar tərəfindən "yüksək risk" kateqoriyasına aid edilir. Yüksək risk səviyyəsinin səbəbi də digər investisiya vasitələrindəki kimi hərəkətsiz və ya sabit gəlir gətirməsi deyil, gündəlik qiymət dəyişiklikləri ilə bağlı, dinamik və yüksək gəlir gətirən bir sistemə malik olmasıdır. Kredit çiyni dəstəyi ilə ticarət imkanı bir anda yüksək gəlir gətirməklə yanaşı, həm də böyük risk daşıyıcısıdır.
Kiçik yatırım məbləği ilə ticarət edən bazar iştirakçılarına tövsiyyələr
Kiçik yatırım məbləği ilə ticarət edən bazar iştirakçılarına tövsiyyələr
Kiçik yatırım məbləği olan bazar iştirakçıları üçün prioritet, minimum yatırım məbləği ilə maksimum gəlir əldə etmək və bu tempi saxlanılmasını təmin etməkdir. Eyni ilə FOREX bazarındakı kimi. Valyuta cütlükləri və ticarət olunan digər maliyyə alətlərinin qiymət dəyişikliklərindən gəlir əldə edilən FOREX bazarı, Azərbaycanda yeni olsa da, dünyada çox qədim tarixə malikdir.
İstiqraz və Notlarla necə ticarət olunur
İstiqraz və Notlar maliyyə bazarlarında iştirak edən hər bir bazar iştirakçısının tanıdığı maliyyə alətləridir. İstiqraz, öz sahibinə müəyyən olunmuş müddətin sonunda onun nominal dəyəri və müəyyən kupon faiz ödənişləri təmin edən borc qiymətli kağızdır. Buraxılan istiqrazların hər birinin dəyəri eyni olması şərtdir. Bundan əlavə şirkət ödənilmiş kapitalından daha çox istiqraz buraxa bilməz. İstiqrazlar özləri də 8 qrupa bölünürlər: