Maliyyə alətini seçmə müddəti bazar iştirakçısının xarakterinə, psixologiya və gözləntilərinə görə fərqlənə bilər. FOREX maliyyə bazarında öz maliyyə alətinizi müəyyən etmək müvafiq suallara cavab verməyiniz lazımdır: 1) Gözləntiləriniz nədir? 2) Uzunmüddətli yoxsa qısamüddətli olaraq gəlir gözləyirsiniz? Nə qədər riskə gedə bilərsiniz? Səbirli və ya sakit insansınız, yoxsa səbrsiz və həyəcanlı? Məhz bu suallara cavab tapdıqdan sonra Sizə uyğun olan maliyyə alətini rahatlıqla seçə bilərsiniz.
