1. Mətanət xanım, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №23-də qazandığınız qələbə münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız.
İlk öncə InvestAZ şirkətinin hər bir əməkdaşına, belə bir yarışmanın təşkil olunmasında əməyi olanlara təşəkkürümü bildirirəm.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz.
Ali təhsilliyəm. Kiçik sahibkarlıqla məşğulam.
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
Ətrafım və ünsiyyət etdiyim yoldaşların əksəriyyəti bu ticarət növü ilə məşğuldurlar. Çox marağımı çəkirdi. Qərar verdim ki, bu işlə rəsmi şəkildə məşğul olum.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
İlk dəfədir yarışmada iştirak edirəm.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
Ticarət etməmişdən əvvəl hansı sahəyə ticarət edəcəyəmsə, onun haqqında geniş məlumatlar və keçmiş xəbərlərlə tanış olduqdan sonra qərar vermişəm. Hər zaman doğru qərarlar vermişəm.
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Gündəlik əsasda aparıcı ölkələrin texniki xəbərlərini izləyir və analizlər edirəm.
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Xeyr. Qərar verib məşğul olduğum bütün sahələrdə mən geri çəkilmirəm.
8. Mətanət xanım, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
100% bəli.
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Bəli.
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiniz?
Diqqətli və səbirli olmalarını tövsiyə edirəm. Hər birinə uğurlar arzu edirəm.
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
Hər şey superdir.