GİRİŞ

+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
Yeni Best InvestOR müsabiqəsi №13

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
Yeni Best InvestOR müsabiqəsi №14

Konkurs haqqında ətraflı məlumat



Best InvestOR Necə işləyir


Dünyanın ən yaxşı treyderlərinin görüş meydanı olan Best InvestOR FOREX Yarışmasında iştirak qaydaları
BEST INVESTOR QEYDİYYATI


3 sadə addım ilə Yarışmaya qatılın
Sizə məxsus iştirakçı adı və şifrəsi yaratmaqla, istədiyiniz yarışmaya qatılın.



Best InvestOR-da qeydiyyatdan keçin
Qeydiyyat formasını doğru şəkildə doldurmaqla, istifadəçi profilinizi yaradın.
 

İştirak etmək istədiyiniz yarışmanı seçin
Qeydiyyatınız uğurla tamamlandıqdan sonra
KONKURSLAR bölməsində olan aktiv
yarışmalardan birini seçib iştirak edin.
 

Yarışmanın başlanmasına hazır olun
Yarışmanın başlanmasına 3 gün qalmış qeydiyyat zamanı daxil etdiyiniz e-poçt ünvanına yarışma ilə bağlı göndərilən məlumatları oxuyun.




investscore
InvestScore necə hesablanır?

Hər bir iştirakçının, yarışmada göstərdiyi performansına görə təyin olunan InvestScore ilə artıq Siz də öz performansınızı ölçə, ən yaxşı iştirakçıları izləyə və onlarla ünsiyyət qura bilərsiniz. InvestScore-da ən yüksək göstərici 10, ən aşağı göstərici isə 0-dır.

Hər Best InvestOR FOREX yarışmasında qeydiyyatdan keçən iştirakçıya standard olaraq 10 xal üzərindən 5 xal verilir. İştirakçı, qatıldığı yarışmada qalib olduğu təqdirdə InvestScore-una +0.50 xal, ikinci yeri tutduğu təqdirdə +0.25 xal, üçüncü yeri tutduğu təqdirdə isə +0.10 xal əlavə olunur.

Yarışmada 4-10-cu yerləri tutan iştirakçıların xalları dəyişməz olaraq qaldığı halda, 11 və sonrakı yerləri tutan iştirakçıların InvestScore-u 0.10 xal azalır.


Şifrələrim nə zaman göndəriləcək?
Yarışma nə zaman bitəcək?


Best InvestOR-da istifadə edəcəyiniz 2 login və şifrə mövcuddur. 1. Best InvestOR FOREX Yarışmasında qeydiyyat zamanı istifadə etdiyiniz login və şifrə profilinizə daxil olmaq üçün istifadə olunur. Profilinizə daxil olmaq üçün istifadə etdiyiniz login və şifrə vasitəsilə digər yarışmalara qatıla, profilinizdə müvafiq dəyişikliklər edə, bu günə kimi iştirak etdiyiniz yarışmaları görə bilərsiniz.

2. İştirak etdiyiniz yarışmada ticarət əməliyyatları icra etmək üçün yarışmanın başlanmasına 3 gün qalmış qeydiyyat zamanı daxil etdiyiniz e-poçt ünvanına login və şifrə göndəriləcəkdir. E-poçtunuza göndərilən login və şifrəni MT4 ticarət terminalına daxil edərək aktiv əməliyyatlar icra edə bilərsiniz. Qeyd edək ki, e-poçt ünvanınıza göndərilən MT4 login və şifrəsi hər yarışma üçün fərqlidir.

İştirak etdiyiniz yarışmanın bitmə tarixi gəldiyi zaman, sistem açıq qalan əməliyyatlarınızı avtomatik olaraq bağlayır, mənfəət və zərərinizi balansınıza əlavə edir. Son balans məlumatlarına görə iştirakçıların nəticələri ən yüksəkdən ən aşağıya doğru sıralanır və hesablanan InvestScore-lar iştirakçıların profillərində əks olunur.
forex-yarışma-şifre







Mükafatı necə və nə zaman əldə edə bilərəm?
Yarışmada qalib olan iştirakçıların real hesab məlumatları InvestAZ şirkəti tərəfindən
tələb olunan müvafiq sənədlər təqdim olunduqdan sonra 1 həftə ərzində qaliblərin e-poçt ünvanına göndərilir.
© 2024 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2024