1. Cahandar bəy, ilk öncə Yeni Best InvestOR Müsabiqəsi №30 yarışmasında 2-ci yer münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız.
Cavab: Təşəkkür edirəm. Bu yarış mənim üçün təcrübə baxımından çox faydalı oldu. Baxmayaraq ki, çətinliklərim oldu, amma sonda nəticə qazana bildim.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
Cavab: Mən Cahandar Pircanzadəyəm, taksi fəaliyyəti ilə məşğulam.
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
Cavab: Forex-lə ilk tanışlığım YouTube və Google vasitəsilə olub. Daha sonra İnvestAZ-ın bu konkursu keçirdiyini gördüm və özümü sınamağa qərar verdim.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Cavab: Əvvəllər demo hesablarda özümü sınasam da, bu yarışmada ilk dəfə iştirak edirəm.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
Cavab: Əsasən fundamental xəbərlərə və bir qədər də hisslərimə güvənərək əməliyyatlar açıram.
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Cavab: Dollar indeksini izləyərək hərəkət edirəm.
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində "Bu sahə mənim üçün deyil" deyərək kənara çəkiləsiniz?
Cavab: Uğursuzluq həmişə olur. Əsas odur ki, ruhdan düşməyəsən və nizam-intizamı qoruyasan.
8. Cahandar bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Cavab: Qalib olacağımı tam deməsəm də, ilk üçlükdə yer alacağımı düşünürdüm və sonda nəticə qazana bildim.
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Cavab: Bəli, qane edir.
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiniz?
Cavab: Ən əsas tövsiyəm odur ki, nizam-intizamlı olsunlar, gərəksiz risk etməsinlər və daim dollar indeksini izləsinlər.
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
Cavab: Mükafatların daha çox olmasını istərdim.